Bakıda qəza: “BMW” hospitala çırpıldı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qəza: “BMW” hospitala çırpıldı - FOTO

1news Redaksiyası16:51 - Bu gün
Bakıda qəza: “BMW” hospitala çırpıldı - FOTO

Bu gün Bakı şəhəri Binəqədi rayonunun 8-ci mikrorayon ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

1news.az Azərtac-a istinadla xəbər verir ki, Cəfər Xəndan küçəsində “BMW” və “Hyundai” markalı avtomobillər toqquşub.

Nəticədə idarəetmədən çıxan “BMW” səkiyə çıxaraq “Universal Hospital”ın binasına çırpılıb.

Hadisə zamanı avtomobillərə və klinikaya xeyli zərər dəyib. Binanın şüşələri qırılıb.

Paylaş:
83

Son xəbərlər

Bütün xəbərlər