Ağdaşda karantin rejimini pozan 2 nəfər həbs edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdaşda karantin rejimini pozan 2 nəfər həbs edildi

15:19 - 01 / 04 / 2020
Ağdaşda karantin rejimini pozan 2 nəfər həbs edildi

Ağdaşda karantin rejim qaydalarını pozaraq polisin qanuni əmrinə tabe olmayan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, ölkədə tətbiq olunan xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Rayon ərazisində karantin rejimi ilə əlaqədar giriş-çıxışı məhdudlaşdırmaq üçün yaradılan postlarda polis əməkdaşları tərəfindən karantin rejim qaydaları izah olunmasına, eləcə də dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, polisin qanuni əmrinə tabe olmayaraq postu keçməyə cəhd göstərmiş 2 nəfər Ağdaş rayon sakini-Firdovsi Dosməmmədov və Toğrul Həsənov saxlanılıblar. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilib. Həmin şəxslər məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunublar.

Həmçinin Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində xidmət aparılan zaman karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən 8 kafe, 1 komputer oyunları zalı və 2 geyim əşyaları satışı edən mağaza aşkar edilib. Həmin obyekt sahibləri barəsində karantin rejim qaydalarını pozduqlarına görə, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub.

RPŞ əməkdaşları tərəfindən keçirilmiş digər bir tədbir nəticəsində sosial şəbəkələrdə koronavirus pandemiyası ilə bağlı heç bir dövlət qurumunun rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən və cəmiyyətdə çaşqınlıq yarada biləcək yalan məlumatlar yayan Ağdaş şəhər sakini Nurlan Rəhimli saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və cərimə edilib.
Bu istiqamətdə tədbirlər karantin rejimi müddətində davam etdiriləcək.

1news.az

Paylaş:
483

Son xəbərlər

Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyirBu gün, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olubBu gün, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edirBu gün, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdirBu gün, 16:52Baş prokuror Çinə səfər edibBu gün, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilibBu gün, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”Bu gün, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilirBu gün, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət veribBu gün, 13:18FHN Bakı Avropa liseyində təlim keçibBu gün, 13:13Məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək şagirdlərin sayı açıqlandıBu gün, 12:38
Bütün xəbərlər