Azərbaycan Mərkəzi Bankı "Rabitəbank"a icrası məcburi sərəncam verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Mərkəzi Bankı "Rabitəbank"a icrası məcburi sərəncam verib

1news Redaksiyası15:12 - 22 / 09 / 2026
Azərbaycan Mərkəzi Bankı "Rabitəbank"a icrası məcburi sərəncam verib

Azərbaycan Mərkəzi Bankı (AMB) "Rabitəbank" ASC-yə icrası məcburi sərəncam verib.

1news.az "Report"a istinadən xəbər verir ki, bank "Kredit təşkilatları, ödəniş təşkilatları və elektron pul təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası"nın 3.20-ci bəndinin tələblərinə riayət etməyib.

Odur ki, "Banklar haqqında" qanunun 47.4-cü maddəsinin tələbləri rəhbər tutularaq, kredit təşkilatına qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə daxili nəzarət sistemlərinin gücləndirilməsi barədə zəruri tədbirlərin görülməsi ilə bağlı icrası məcburi sərəncam verilib.

Paylaş:
332

Son xəbərlər

Bütün xəbərlər