“Aparıcı özünə sual verməlidir ki, “Ailəm buna baxar?” | 1news.az | Xəbərlər
Cəmiyyət

“Aparıcı özünə sual verməlidir ki, “Ailəm buna baxar?”

16:17 - 04 / 12 / 2019
“Aparıcı özünə sual verməlidir ki, “Ailəm buna baxar?”

3D" verilişinin növbəti qonağı "Avtostop" verilişinin aparıcısı dicey Tural olub.

1news.az-ın Ölkə.az-a istinadən verdiyi xəbərə görə, proqramda bəzi məqamlara toxunan aparıcı diqqət cəlb edən fikirlər səsləndirib.

Dadaşlinskinin müasir televiziyaların vəziyyəti ilə bağlı verdiyi sualına dicey maraqlı cavab verib.

"Layihə edərkən aparıcı mütləq birinci özünə sual verməlidir. "Mən özüm buna baxaram və ya ailəm buna baxar?" sonra yeni verilişə qərar verməlidir. Mən ailəmə layiq olan məhsulu göstərməliyəm ki, ailəm mənə görə utanmasın. Mən Zaur Kamal, Zaur Bəxşəliyev və ya Xoşqədəm xanımı istedadsız hesab etmirəm. Amma hesab edirəm ki, onlar daha yaxşı, maraqlı verilişlər edə bilərlər. Məsələn, Xoşqədəm sənədli filmlər üzərində çalışa bilər".

Dadaşlinsinin "Sənədli filmlərdən axı elə gəlir gəlməyəcək" sualına isə o, belə cavab verib.
"Bəli, bizdə televiziyalar ayrı bir formada qurulub. Özəl televiziyalar reklamdan asılı olduqlarına görə, hesab edirlər ki, ondansa biz bir nəfərə deyərik ki, hansısa verilişi et, bizə də bu qədər məbləğ ver, studiyaya da nə qədər adam bacarırsansa yığ prinsipi ilə çalışırlar".

Aparıcı müasir televiziyalara dünya praktikasından istifadə etməyi də tövsiyə edib.

"Dünya və ya Rusiya televiziyalarına nəzər salsaq, görərik ki, onlar proqramı sponsorun istəyinə görə deyil, tamaşaçıya uyğun istehsal edirlər. Sponsorla sərt danışa bilirlər".

1news.az

Paylaş:
512

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər