1news.az

AŞ PA-nın komitə sədri: Bərdəyə zərbələrin endirilməsi, insanların həlak olması fəlakətdir

30 Oktyabr saat 17:12 ~ 1 dəqiqəlik oxu 1330
AŞ PA-nın komitə sədri: Bərdəyə zərbələrin endirilməsi, insanların həlak olması fəlakətdir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Piyer Alan Fridez mülki bölgələrə raket zərbələrini dayandırmağa çağırıb.

1news.az Trend-ə istinadən bildirir ki, komitə sədrinin bununla bağlı bəyanatı AŞPA-nın rəsmi saytında yerləşdirilib (https://pace.coe.int/en/news/8073/-missile-strikes-on-civilian-areas-have-to-stop-says-migration-committee-chairperson).

"Mülki bölgələrə raket zərbələri dayandırılmalıdır. Azərbaycan şəhəri Bərdəyə zərbələrin endirilməsi, 21 nəfərin həlak olması fəlakətdir", - deyən komitə sədri Piyer Alan Fridez münaqişənin humanitar nəticələrindən dərin naratlığını bildirib.

O, vəziyyətin Avropa Şurasının 47 üzv dövlətini təmsil edən parlamentarilər tərəfindən diqqətlə izlənilməsi üçün məsələni rəhbərlik etdiyi komitənin gündəliyinə saldığını bildirib.

Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinə 2015-2017-ci illərdə Milli Məclisin Sədri Sahibə Qafarova sədrlik etmişdir.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net