Nazir: Zəngəzur dəhlizi layihəsi ölkənin regional logistika mərkəzi kimi rolunu daha da gücləndirəcək
“Qarabağın bərpası və Azərbaycanın tranzit potensialının gücləndirilməsi dövlətin əsas prioritetlərindəndir”.
1news.az xəbər verir ki, Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunmuş panel müzakirəsində deyib.
Nazir bildirib ki, azad edilmiş ərazilərin bərpası və məcburi köçkünlərin geri qayıdışı istiqamətində mühüm addımlar atılır.
“Bu ərazilərdə geniş vergi güzəştləri tətbiq olunur və artıq iki iri sənaye parkı fəaliyyət göstərir”.
“İslam İnkişaf Bankı Qarabağda suvarma infrastrukturunun bərpası üçün ilk kredit ayıran beynəlxalq maliyyə qurumudur.
Nazir vurğulayıb ki, Azərbaycanın strateji coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat və logistika infrastrukturu ölkənin tranzit imkanlarını genişləndirir.
“Orta Dəhlizdə mühüm rol oynayan Azərbaycan Mərkəzi Asiya ilə qlobal bazarlar arasında körpü rolunu oynayır.
Zəngəzur dəhlizi layihəsi ölkənin regional logistika mərkəzi kimi rolunu daha da gücləndirəcək və bərpa olunan enerji sahəsi əsas prioritetlərdən biri olaraq qalır”.












