ATU-nun Tədris Cərrahiyyə Klinikasında 33 həkim koronavirusa yoluxub | 1news.az | Xəbərlər
Cəmiyyət

ATU-nun Tədris Cərrahiyyə Klinikasında 33 həkim koronavirusa yoluxub

10:34 - 07 / 07 / 2020
ATU-nun Tədris Cərrahiyyə Klinikasında 33 həkim koronavirusa yoluxub

"Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 33 həkim COVID-19-a yoluxub".

Bunu APA-ya açıqlamasında ATU-nun mətbuat kabiti Günel Aslanova deyib.

O bildirib ki, xəstələrdən 27 nəfərin müalicəsi hazırda davam etdirilir:

"6 nəfər evə buraxılıb.  Onlardan 21-i reanimasiya şöbəsinin həkimidir. Hazırda müalicə alanlardan 6-nın vəziyyəti ağır, 15-i orta-ağır, digər 6 nəfərin isə vəziyyəti yüngüldür. Onlar öz həkimlərimiz tərəfindən müallicə olunurlar".

S.Xankişiyeva

 

 

 

Paylaş:
534

Son xəbərlər

Bütün xəbərlər