“Azərbaycan Hava Yolları” təyyarə bələdçisi vəzifəsinə qəbul elan edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azərbaycan Hava Yolları” təyyarə bələdçisi vəzifəsinə qəbul elan edir

15:22 - 12 / 09 / 2019
“Azərbaycan Hava Yolları” təyyarə bələdçisi vəzifəsinə qəbul elan edir

"Azərbaycan Hava Yolları" aviaşirkəti xanımlar arasında təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edir. Sənəd qəbulu 2019-cu il sentyabrın 16-dan oktyabrın 16-dək (saat 10.00-dan 12.00-a kimi) aparılacaq.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata əsasən, müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 160 sm-dən az və 180 sm-dən çox olmayan, orta təhsili başa vurmuş, mütləq qaydada azərbaycan və ingilis dillərində sərbəst danışan xanımlar iştirak edə bilər. Digər xarici (rus, ərəb, çin) dil bilikləri arzuolunandır. Əlavə tələblərə daxildir – ünsiyyətcillik, həmçinin bədənin görünən hissələrində döymə, çapıq və doğum ləkələrininin olmaması.

Müsabiqədə iştirak üçün aşağıdakı sənədlərin əsli və surətləri tələb olunur:

- şəxsiyyət vəsiqəsi;

- bir fotoşəkil (3х4);

- xarici pasport;

- diplom, tibbi və xarici dil sertifikatları (əgər mövcuddursa).

Bütün sənədlər qeyd olunan tarixdə Heydər Əliyev Beynəlxalq Aeroportunda “Azərbaycan Hava Yolları”nın (AZAL) Personalla iş üzrə Baş İdarəsinə təqdim olunmalıdır.

Əlavə məlumat üçün bu telefon nömrələrinə müraciət etməniz xahiş olunur: (012) 497-26-00 (daxili 24-04; 32-81; 20-74)

S.Xankişiyeva

 

 

 

Paylaş:
482

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər