Bərdədə doğuş xəstəxananın həyətində olub – həkimlərdən operativ MÜDAXİLƏ
Bərdədə 35 həftəlik hamilə qadının doğuşu xəstəxananın həyətində, avtomobildə başlayıb.
1news.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, hadisə sentyabrın 10-da saat 10:40 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum evinə gətirilən hamilə qadınla bağlı baş verib. Belə ki, xəstəxananın həyətində avtomobildə doğuş başlayıb.
Həkimlərin çevik və peşəkar müdaxiləsi nəticəsində ana və körpəyə zəruri tibbi xidmətlər vaxtında göstərilib.
Nəticədə çəkisi 2 kiloqram 190 qram, boyu 45 santimetr olan qız uşağı dünyaya gəlib.
Hazırda zahı qadının və körpənin vəziyyəti stabil qiymətləndirilir.
66












