Hakan Fidan sabah Azərbaycana səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

Hakan Fidan sabah Azərbaycana səfər edəcək

Qafar Ağayev14:18 - Bu gün
Hakan Fidan sabah Azərbaycana səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 15-də Azərbaycana səfər edəcək.

1news.az bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir. 

Hakan Fidanın ikigünlük səfər çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramov və digər rəsmi şəxlərlə görüşləri nəzərdə tutulub.

Məlumatda qeyd edilib ki, görüşlərdə Türkiyə-Azərbaycan münasibətləri çərçivəsində15 milyard dollarlıq ümumi ticarət dövriyyəsi hədəfinə çatmaq üçün görüləcək işlər, enerji və nəqliyyat sahələrində ortaq gündəm və layihələr müzakirə ediləcək.

Həmçinin Hakan Fidanın səfəri çərçivəsində Türkiyənin yaxın zamanda ev sahibliyi edəcəyi TDT-nin 13-cü Zirvə görüşü və COP31 ilə bağlı məsləhətləşmələrin aparılması nəzərdə tutulur.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər