Azərbaycanda ÜDM 1,2 faiz artıb - 8 ayın göstəriciləri | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda ÜDM 1,2 faiz artıb - 8 ayın göstəriciləri

Qafar Ağayev11:12 - Bu gün
Azərbaycanda ÜDM 1,2 faiz artıb - 8 ayın göstəriciləri

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda 87 milyard 709,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-avqust ayları üzrə açıqladığı əsas makroiqtisadi göstəricilərin icmalında bildirilib.

Qeyd olunub ki, ÜDM real ifadədə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artıb. Yanvar-iyul aylarında isə illik artım 1,4 faiz təşkil edib.

Hesabat dövründə neft-qaz ÜDM-i 26 milyard 181,9 milyon manat olub və illik ifadədə 0,8 faiz azalıb.

Qeyri-neft-qaz ÜDM-i isə 61 milyard 527,6 milyon manat təşkil edib. Bu sahədə 2,1 faiz artım qeydə alınıb.

Paylaş:
97

Son xəbərlər

Bütün xəbərlər