Azərbaycan könüllüləri “Könüllü Donor” kampaniyasına başladılar | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan könüllüləri “Könüllü Donor” kampaniyasına başladılar

23:04 - 08 / 04 / 2020
Azərbaycan könüllüləri “Könüllü Donor” kampaniyasına başladılar

Koronavirus (COVİD-19) qlobal pandemiyası ilə əlaqədar qan qıtlığı səbəbindən Azərbaycanda talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən, təcili əməliyyata ehtiyacı olan şəxslərin həyatı üçün təhlükə yarana bilər.

Belə ki, son günlərdə donorların sayında kəskin azalmanın müşahidə olunması qeyd olunan şəxslər üçün həyati əhəmiyyət kəsb edən qan tədarükünü, demək olar ki, mümkünsüz etmişdir. Mövcud vəziyyət, ölkədə qeydiyyatda olan və gündəlik qana ehtiyacları olan talassemiya xəstələri, xüsusən də uşaqlar üçün böyük həyat riskinə səbəb olmaqdadır.

1news.az-ın verdiyi xəbərə görə, bununla əlaqədar, ölkənin 18 aparıcı könüllü təşkilatı və hərəkatının birləşdiyi Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi və Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankı tərəfindən “Könüllü Donor” aksiyasına start verildi. Bu çərçivədə, Qan Bankının paytaxt və regionlarda yerləşən bölmələrinə könüllülər tərəfindən qan verilməsi nəzərdə tutulur.

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi və Milli Hematologiya və Transfuziologiya Mərkəzi bütün vətəndaşları bu təşəbbüsə qoşularaq həmrəylik nümayiş etdirməyə və qana ehtiyacı olan xəstələrə, əsasən də talassemiyalı uşaqlara yardımçı olmağa, damarlarında axan qanı hədiyyə etməyə çağırır.

“Könüllü Donor” olmaq istəyən şəxslər Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankının bölgə bölməsinin (Bakı, Şirvan, Lənkəran, Quba, Şəki, Mingəçevir, Bərdə və Gəncədə) burada qeyd olunmuş nömrələri ilə əlaqə saxlayıb yaxınlaşa bilərlər.  Könüllü donorlardan qan verməyə gəlməzdən öncə Mərkəzi Qan Bankının müvafiq bölgə bölməsi ilə 1 saat əvvəldən əlaqə saxlayıb məlumat vermələri xahiş olunur.

Donor olmaq istəyən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə 1 rəqəmini (təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün) və şəxsiyyətini təsdiq edən məlumatı göndərməlidir (məsələn: 1  AZE11111111). Yaşayış yerini tərk etmək üçün icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir.

Donorlar fiziki baxımdan sağlam olmalı, çəkisi 50 kq-dan yuxarı, yaş həddi 18-65 arasında olmalıdır. Aksiya zamanı donorların və onlarla işləyən tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün aidiyyəti qurumlar tərəfindən bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçiriləcəkdir. Hər bir donordan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdiriləcək və səhhətində problemi olmayan donorlardan götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra qan xəstəliyindən əziyyət çəkən şəxslərə yardım etmək məqsədilə istifadə olunacaq.

Qan bağışlamaq tam təhlükəsiz bir prosesdir, donor olmaqdan çəkinmə. Sən də damarlarında axan qanla onların həyat qurtaran qəhrəmanı ol!

Unutmayın ki, biz birlikdə güclüyük!

S.Xankişiyeva

Paylaş:
1113

Son xəbərlər

"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43
Bütün xəbərlər