1news.az

Azərbaycan millisinin baş məşqçisi bəlli oldu

10 İyul saat 17:10 ~ 1 dəqiqəlik oxu 4750
Azərbaycan millisinin baş məşqçisi bəlli oldu

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.

1news.az xəbər verir ki, AFFA rəsmi saytı vasitəsilə Azərbaycan millisinin baş məşqçisi ilə bağlı verilən qərarı açıqlayıb.

Qərara alınıb ki, COVİD-19 pandemiyası əlaqədar yaranmış mövcud vəziyyət nəzərə alınaraq AFFA tərəfindən irəli sürülən xüsusi şərtlərlə razılaşacağı təqdirdə, Canni de Byazi ilə təyinatla bağlı müqavilə imzalansın. Müqavilənin digər şərtlərinin müəyyənləşdirilməsi məqsədilə danışıqlar davam etdirilsin (İcraiyyə Komitəsi üzvlərinin səs çoxluğu ilə).

Həmçinin Arif Əsədovun baş məşqçinin köməkçisi təyin olunması məqsədəuyğun bilinib.

Qeyd edək ki, AFFA-nın irəli sürdüyü xüsusi şərtlərə pandemiya ilə əlaqədar beynəlxalq oyunlar təxirə salınarsa və ya baş məşqçinin Azərbaycana gəlməsi ilə bağlı çətinliklər yaranarsa, maliyyə risklərinin nəzərə alınması daxildir.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Futbol BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net