Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş başlayıb
Bu gün Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında videokonfrans formatında növbəti görüş başlayıb.
“Report” xəbər verir ki, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edirlər.
Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçılarının videokonfrans formatında baş tutmuş öncəki görüşü ATƏT-in Minsk qrupunun iştirakı ilə aprelin 21-də keçirilib.
S.Xankişiyeva
740