Azərbaycan və Ukrayna “saatları yoxladı”: Zelenskini Bakıda nə valeh etdi? | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Ukrayna “saatları yoxladı”: Zelenskini Bakıda nə valeh etdi?

16:19 - 20 / 12 / 2019
Azərbaycan və Ukrayna “saatları yoxladı”: Zelenskini Bakıda nə valeh etdi?

“Münasibətlərimiz zamanla sınaqlardan keçib. Ən çətin zamanlarda bir-birimizin dayağı olmuşuq. Azərbaycan Ukrayna üçün hər zaman etibarlı dost və strateji tərəfdaş olub”.

Bakıyı səfəri zamanı bu bəyanatıyla Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycanla əlaqələrin inkişafını prioritet seçən rəsmi Kiyevin siyasi iradəsini nümayiş etdirdi.

Prezident seçildikdən cəmi bir neçə ay sonra ölkə başçısı Vladimir Zelenskinin birinci xanım Yelena Zelenskinin müşayiəti ilə Azərbayana ilk rəsmi səfər etməsi faktı artıq Ukraynanın yeni rəhbərliyinin Azərbaycana olan diqqətindən, keçmiş sıx münasibətləri yenidən dirçəltməkdən və prioritetləri razılaşdırmaq istəyindən xəbər verir.

Ukrayna Prezidenti Bakıya gəldiyi ilk dəqiqələrdən danışıqlara müsbət münasibət nümayiş etdirdi.

Ukrayna dövlət başçısının səfəri şərəfinə Heydər Əliyev Beynəlxalq Aeroportu qarşısında  multimedia ekranlarında iki ölkənin bayraqlarının mozaikası nümayiş etdirildi. Göründüyü kimi, bu, Vladimir Zelenskiyə xoş təsir bağışlayıb – “qeyri-rəsmi” fotoni Instagram səhifəsində paylaşıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatla çıxış zamanı Ukrayna lideri nitqinə Azərbaycan dilində salamlama ilə başlayıb: “Günortanız xeyir”

Zelenski Azərbaycana ilk rəsmi səfərindən aldığı xoş təəssüratlarını da gizlətməyib: “Xüsusilə ona görə ki, Azərbaycan çox qonaqpərvər və mehriban ölkədir”.

Hər iki ölkənin liderlərinin danışıqlarını iki əhəmiyyətli hissəyə ayırmaq olar: siyasi və iqtisadi.

Siyasi əlaqələr

Müəyyən dərəcədə siyasi prioritet münasibətlərin bütün spektrinə dəstəkdir. Və Azərbaycan və Ukrayna dövlət başçıları siyasi əlaqələrin yüksək səviyyəsini qeyd ediblər.

Xüsusilə Ukrayna Prezidenti vurğulayıb ki, Bakı siyasi planda Kiyevə arxalana bilər və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində onun ölkəsi Azərbaycanı dəstəkləməsilə bağlı əhəmiyyətli bəyanat verib:

“Təbii ki, bizim bugünkü söhbətimizin əsas hissəsini milli və regional təhlükəsizlik məsələləri təşkil edirdi. Biz burada Dağlıq Qarabağ münaqişəsi və Ukraynanın şərqində baş verən münaqişəni müzakirə etdik. Biz bir-birimizi ölkələrimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi məsələsində də dəstəkləyirik. Burada söhbət beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bərpadan gedir. Bu baxımdan bu prinsip həm ikitərəfli təmaslarda, həm də beynəlxalq təşkilatlar çərçivəsində də bizim əməkdaşlığı özündə ehtiva edir”.  

Həmçinin o, sözlərinə əlavə edib ki, biz həm regional, həm də qlobal səviyyədə birgə mövqedən çıxış edirik.

Ən vacib komponent – iqtisadi əməkdaşlığın inkişafı

Ukrayna prezidentinin səfəri zamanı iki ölkə arasında iqtisadi əməkdaşlıq daha ətraflı müzakirə edildi.

Vladimir Zelenski iqtisadi əməkdaşlığı ikitərəfli əlaqələrin gündəliyində ən vacib komponentlərdən biri hesab edərək Azərbaycanla ticarət dövriyyəsinin artımını, Ukraynanın enerji, turizm, kənd təsərrüfatı, logistika, müştərək investisiya layihələri sahələrində əməkdaşlığın inkişafına yönəldildiyini də gizlətmədi.

Energetika sahəsində əməkdaşlığı müzakirə edərkən Ukrayna prezidenti SOCAR-ın fəaliyyənin genişləndirilməsinə də diqqəti yönəldib:

“Artıq 10 ildir ki, SOCAR Ukraynada uğurla fəaliyyət göstərir. Biz də əlimizdən gələni edəcəyik ki, neft-qaz məhsullarının hasilatı və daşınmasına da hər cür dəstək göstərək”.

Ukrayna Prezidentinin SOCAR-ın bu ölkədə fəaliyyətini genişləndirmək təklifini Azərbaycan dövlət başçısı İlham Əliyev də dəstəkləyib:

“SOCAR artıq uzun illərdir ki, Ukraynada fəaliyyət göstərir, altmışdan çox yanacaqdoldurma məntəqəsi, dörd neft bazası vardır. Bu gün biz bir daha bu məsələni müzakirə edərkən razılığa gəldik ki, SOCAR Ukraynadakı fəaliyyətini genişləndirəcək və konkret addımlar atılacaqdır”.

Həmçinin Ukrayna prezidenti Bakıda digər vacib bəyanatı ilə – Cənub Qaz Dəhlizi layihəsinə dəstəklə bağlı diqqəti özünə cəmləşdirib:

“Cənub Qaz Dəhlizi layihəsi də bizim ölkəmiz tərəfindən xüsusi izlənilir. Bu layihənin genişləndirilərək Avropa istehlakçılarına çatdırılmasına öz töhfəmizi müzakirə etdik. Xüsusilə də hesab edirəm ki, bizim - həm Ukraynanın, həm Azərbaycanın misilsiz nəqliyyat potensialı var. Biz belə qərara gəldik ki, nəqliyyat və aviasiya daşımaları sahələrində də təmaslarımızı, əməkdaşlığımızı gücləndirək. Növbəti il yanvarın sonunadək biz Kiyev şəhərində ikitərəfli Hökumətlərarası Komissiyanın iclasını təşkil edəcəyik”.

Zelenski bildirib ki, qarşılıqlı sərmayə qoyuluşu hər iki ölkənin mənafelərinə xidmət edir, burada müxtəlif birgə layihələrdən söhbət gedə bilər:

“Azərbaycanın mobil operatoru olan “Bakcell” tərəfindən “Vodafone Ukrayna”nın səhmlərinin alınması yaxşı bir nümunədir. Bu, bizim bu sahədə olan xidmətlərin yüksəldilməsinə kömək edəcəkdir”.

Həmçinin Ukrayna prezidenti Azərbaycan şirkətlərini Ukraynada özəlləşdirmədə fəal iştiraka dəvət edib.

Tərəflər Ukrayna-Azərbaycan Hökumətlərarası Komissiyasının iclasının 2020-ci ilin yanvar ayında Kiyevdə keçirilməsinə dair razılığa gəldilər: məhz bu tədbirdə hər iki ölkə arasındakı iqtisadi əlaqələrin inkişaf xüsusiyyətini müəyyənləşdirən müəyyən müqavilələr imzalana bilər.

Vladimir Zelenski Azərbaycanın iqtisadi göstəricilərinə heyran olduğunu gizlətmədi və Azərbaycan-Ukrayna biznes forumu zamanı Azərbaycan Prezidentinə müraciət edərək bildirdi:

“Mənim bir ideyam var. Siz bir neçə dəfə rəqəmlər səsləndirdiniz – Azərbaycanda dövlət borcu azdır, son 15 ildə ümumi daxili məhsul 300 faizdən çox artıb. Bütün bunlar sizdə var, istərdik ki, bizdə də belə olsun”.

Ümumiyyətlə, Ukrayna Prezidentinin səfər proqramı çox zəngin oldu. Rəsmi hissədən əlavə, Ukrayna diasporu, Bakı Slavyan Universiteti nəzdindəki Ukrayna Mədəniyyət və Təhsil Mərkəzində tələbələrlə görüş də keçirilib. Görüş zamanı V.Zelenski əldə etdiyi uğurunun sirrini tələbələrlə bölüşüb. Həmçinin prezident Bakıda Ukrayna mağazasına da gedib ki, bununla bağlı rəsmi sosial şəbəkəsində tvit də paylaşıb.  

Onun Azərbaycan dilində söylədiyi “Yaşasın Ukrayna, yaşasın Azərbaycan!” sözləri səfərin əla nəticəsi və münasibətlərin yeni mərhələsinə başlamaq üçün ümidverici bir işarə ola bilər.

Regional siyasət sistemində Azərbayca-Ukrayna münasibətləri vacibdir və Ukrayna Prezidentinin Azərbaycana səfəri bunu bir daha nümayiş etdirdi.

Bunu 1news.az-a verdiyi şərhində politoloq İlqar Vəlizadə bildirib:

“Bu, dövlət başçısı kimi Vladimir Zelenskinin Azərbaycana ilk səfəri idi. Bundan əvvəl o, artıq ölkəmizə səfər etmişdi, bir neçə bölgədə olaraq respublikamızın sakinləri və gözəllikləri haqqında hər zaman isti sözlər söyləyib. Çox güman ki, həmin təəssüratlar onun xatirində hələ də qalıb. Azərbaycana rəsmi səfəri zamanı Prezident İlham Əliyevi və iştirak edənləri Azərbaycan dilində salamlaması onun ölkəmizə qarşı xoş münasibət bəsləməsindən xəbər verir”.

O sözlərinə əlavə edib ki, səfərin qeyri-rəsmi hissəsində də Zelenskinin özünü Bakıda kifayət qədər rahat hiss etməsi də etibarlı ab-hava yaradır ki, bu da Azərbaycan-Ukrayna münasibətlərinə xoş təsir bağışlayacaq:

“Səfərin rəsmi hissəsinə gəlincə, Ukraynanın bir çox sahələrdə Azərbaycanla iqtisadi əməkdaşlığı inkişaf etdirəcəyinə diqqəti yönəldir. Tərəflər eyni zamanda iki ölkə arasında ticarət həcmini artırmaq və mövcud potensialdan istifadə etmək məqsədini daşıyırlar. Həmçinin qarşılıqlı əməkdaş edə biləcək müəssisələrin siyahısını genişləndirmək hədəfi qarşıya qoyulmuşdu. Ukrayna Transxəzər nəqliyyat yolunda fəal iştirak edir. Xəzər regionu bazarlarına, eləcə də Azərbaycandan Gürcüstan ərazisinə keçərək Orta Asiya və daha sonra Çin bazarlarına çıxmaq üçün alternativ mənbə və yollarını axtarır”.

Ekspertin sözlərinə görə, Ukrayna üçün Azərbaycanla sənaye sahəsində əməkdaşlıq, xüsusən də birgə müəssisələrin yaradılması böyük maraq doğurur:

Siyasi əlaqər haqqında bəhs edən politoloq bunları bildirib:

“Hər iki ölkə GUAM, QDİƏT, AŞPA, BMT kimi nüfuzlu təşkilatlarla əməkdaşlıq edir.  Azərbaycan və Ukrayna beynəlxalq aləmdə bir-birini dəstəkləyir. Ölkələrimizi ümumi problemlər, xüsusilə ərazi bütövlüyü məsələsi birləşdirir ".

Politoloq bir vacib məqama da diqqət çəkdi:

“Azərbaycan-Ukrayna qarşılıqlı əlaqəsi üçüncü ölkələr üçün qıcıqlandırıcı rol oynamır.  Azərbaycan heç bir ölkə ilə münasibətlərdən digərinin maraqlarına ziyan vurmaq üçün istifadə etmir. Azərbaycanın bütün dövlətlərlə siyasi dialoqu balanslaşdırılmış xarakteri daşıyır”.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
3563

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər