Azərbaycanda 104 nəfər koronavirusa yoluxdu, bir nəfər öldü - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 104 nəfər koronavirusa yoluxdu, bir nəfər öldü - RƏSMİ

16:26 - 09 / 04 / 2020
Azərbaycanda 104 nəfər koronavirusa yoluxdu, bir nəfər öldü - RƏSMİ

Azərbaycanda 104 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxmış 1949-cu il təvəllüdlü, şəkərli diabet və xərçəng xəstəsi olan vətəndaşın səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib və pasiyent vəfat edib. Onun ailə üzvləri, ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 38 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırkı dövrədək ölkəmizdə 926 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 101 nəfəri müalicə olunaraq sağalıb, 9 nəfər vəfat edib, 816 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 57371 test aparılıb.

Qafar Ağayev

Paylaş:
554

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilibBu gün, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTOBu gün, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilibBu gün, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçiribBu gün, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunurBu gün, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİBBu gün, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43
Bütün xəbərlər