Azərbaycanda ilk: 5 yaşlı uşaq üzərində iki mürəkkəb əməliyyat aparılıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda ilk: 5 yaşlı uşaq üzərində iki mürəkkəb əməliyyat aparılıb - VİDEO

15:30 - 04 / 12 / 2019
Azərbaycanda ilk: 5 yaşlı uşaq üzərində iki mürəkkəb əməliyyat aparılıb - VİDEO

Mərkəzi Gömrük Hospitalında dünyada ilk dəfə icra edilən nadir əməliyyata həsr olunmuş mətbuat konfransı keçirilib.

1news.az-ın məlumatına görə, tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı Rəşad Mahmudov, Hospitalın Cərrahiyyə və Orqan Transplantasiyası  şöbəsinin rəisi, cərrah-transplantoloq Mircəlal Kazımi 5 yaşlı uşaq üzərində icra etdikləri unikal əməliyyat haqqında mətbuat nümayəndələrinə  ətraflı məlumat veriblər.

Tədbirdə qeyd olunub ki, Mərkəzi Gömrük Hospitalında Dr. Mircəlal Kazımi tərəfindən aparılan müayinə nəticəsində 5 yaşlı pasiyentdə  hiperlipidemiya diaqnozunun olması təsdiqlənib. Bir müddət öncə bu pasiyentə həmin diaqnoz Türkiyə Cümhuriyyətinin Hacettepe Universitetinin Uşaq xəstəlikləri və metabolizm şöbəsində də qoyulub.

Məlumat verilib ki, hiperlipidemiya diaqnozu zamanı qaraciyərdəki lipidlərin, yəni yağların mübadilə pozğunluğu əmələ gəlir və bu mübadilə pozğunluğu nəticəsində xəstələrin qanında zərərli lipidlərin, xolesterinin miqdarı artır. Bu tip xəstələrdə lipoproteinin də miqdarı yüksəlir və bu damar divarında zədə əmələ gətirir. Damar divarlarında əmələ gələn kirəcləşmə, yəni həmin yağ depozitlərinin damar divarlarında yığılması nəticəsində bu xəstələrdə ürək xəstəliyi yaranır. Xəstələrin ürəyində olan tac damarlarında tıxanıqlıq əmələ gəlir və bu cür xəstələr maksimum 11-12 yaşa qədər yaşayırlar. Adətən, belə xəstəliyi olar uşaqlar kəskin miokard infarktından dünyalarını dəyişirlər.

Bu günlərdə 5 yaşlı pasiyent qaraciyər transplantasiyası əməliyyatına hazırlandı. Xəstənin valideyinlərində xolesterinin yüksək səviyyədə olması səbəbindən əmisi balaca pasiyentin donoru oldu. 

Əməliyyatdan öncə pasiyentin ürəyinin koronar angioqrafiyası zamanı damarlarda 90 faizə qədər darlıq aşkarlanıb. Bu isə o demək idi ki, xəstə hər an dünyasını dəyişə, eyni zamanda qaraciyər transplantasiyası əməliyyatı zamanı da xəstənin ölümünə səbəb ola bilərdi. Beləliklə, xəstədə ürəyin tac damarlarının dəyişilməsi, yəni koronar by-pass əməliyyatının mütləq icrasına göstəriş olduğu aşkarlandı.

Mərkəzi Gömrük Hospitalı yüksək ixtisaslı həkimləri və maddi-texniki bazası ilə istənilən mürəkkəb əməliyyatları icra edə biləcək qüvvəyə malikdir. Ona görə Mərkəzi Gömrük Hospitalının ürək-damar cərrahları ilə birgə, eyni seansda iki mürəkkəb əməliyyat – 5 yaşlı uşaq üzərində koronar by-pass əməliyyatı və qaraciyər transplantasiyası əməliyyatı icra olunması qərara alındı.

Beləliklə, 13 noyabr 2019-cu il tarixində dünyada ilk dəfə azyaşlı xəstə üzərində eyni seansda Dr. Rəşad Mahmudovun rəhbərliyi altında ürək-damar cərrahları tərəfindən koronar by-pass əməliyyatı və Dr. Mircəlal Kazıminin komandası tərəfindən qaraciyər transplantasiyası əməliyyatı həyata keçirildi. 

1news.az

Paylaş:
735

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər