Azərbaycanda yanvar-aprel aylarında neft və qaz hasilatı artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda yanvar-aprel aylarında neft və qaz hasilatı artıb

10:22 - 21 / 05 / 2020
Azərbaycanda yanvar-aprel aylarında neft və qaz hasilatı artıb

2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 12,4 mln. ton neft (kondensatla birlikdə) hasil edilib.

Bu barədə 1news.az-a Energetika Nazirliyindən bildirilib.

Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 11 min ton çox olub. Respublika üzrə hasil edilmiş neftin (kondensatla birlikdə) 8,6 mln. tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,3 mln. tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə hasilat isə 2,5 mln. ton təşkil edib.

Cari ilin 4 ayında 10,2 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin yanvar-aprel aylarına nisbətən 106 min ton azdır. Neft-kondensatın 9,8 mln. tonu konsorsium, 409 min tonu isə SOCAR üzrə ixraca nəql edilib.

2020-ci ilin 4 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 15 faiz, yəni 1,8 mlrd. kubmetr artımla 13,4 mlrd. kubmetr qaz hasil edilib. Qaz hasilatının 4,6 mlrd. kubmetri AÇG-dən, 6,4 mlrd. kubmetri isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 2,4 mlrd. kubmetr qaz hasil olunub.

Bu dövrdə xaricə qaz satışı 4,6 mlrd. kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faiz çoxdur. Cari ilin yanvar-aprel aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 23,6 faiz çox, yəni 3,5 mlrd. kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi isə 1,1 mlrd. kubmetr olub. Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 1,3 mlrd. kubmetr qaz nəql olunub. İstismara veriləndən mayın 1-dək TANAP-la Türkiyəyə 5,1 mlrd. kubmetrdən çox qaz nəql edilib.

İstismara veriləndən mayın 1-dək olan dövrdə isə “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından 535 mln. ton neft (kondensatla birlikdə), 293 mlrd. kubmetr qaz hasil edilib. Bu yataqlardan 538,7 mln. ton neft (kondensatla birlikdə), 81,6 mlrd. kubmetr qaz isə ixraca nəql olunub.

2020-ci ilin 4 ayında 2013 min ton neft emal edilib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 32,6 min ton çox olub.

S.Xankişiyeva

 

Paylaş:
1364

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər