Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsindən 24 il ötür | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsindən 24 il ötür

13:06 - 13 / 08 / 2020
Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsindən 24 il ötür

Bu gün Bakı Teleqüllə Kompleksinin istismara verilməsindən 24 il keçir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən 1news.az-a verilən məlumata görə, Ən müasir radio-televiziya avadanlıqları ilə təchiz olunmaqla, respublikamızda radio-televiziya yayımının, kosmik, yerüstü radio rabitənin təşkilində önəmli vəzifəni yerinə yetirən Kompleks Ulu Öndər Heydər Əliyevin iştirakı ilə 13 avqust 1996-cı ildə istifadəyə verilib.

Qeyd edək ki, 1956-cı ildə istismara verilmiş ilk Televiziya qülləsi sonradan yeni texnoloji tələblərə cavab vermədiyi üçün müasir əsaslarla keyfiyyətli radio-televiziya yayımının təşkilində çətinliklər yaradırdı. Bu səbəbdən Bakı Teleqüllə Kompleksi layihələndirilərək 1981-ci ildə tikintisinə başlanıldı. Layihəyə əsasən, tikinti işləri 1985-ci ildə başa çatdırılmalı idi. Lakin keçmiş SSRİ-ni əhatə edən maliyyə böhranı, tikinti zamanı iqlim şəraitinin nəzərə alınmaması, sonda SSRİ-nin dağılması və digər müxtəlif səbəblərdən tikinti işləri yarımçıq qaldı.

Ölkəmiz müstəqillik qazandıqdan sonra Ümummilli Lider Heydər Əliyevin müvafiq göstərişləri əsasında yarımçıq qalmış tikinti başa çatdırıldı və Bakı Teleqüllə Kompleksi istifadəyə verildi.

Tikintisi paytaxtın ən hündür nöqtəsində aparılmış Teleqüllə şəhərin istənilən nöqtəsində və relyefdən asılı olaraq Bakı ətrafında 70-80 km radiusda radiodalğaların inamlı qəbuluna imkan yaradır.

Tikinti sahəsi daxil olmaqla 6 hektar ərazini əhatə edən Bakı Teleqüllə Kompleksinin hündürlüyü 310 metr təşkil edir. Kompleks Azərbaycanda ən hündür tikilidir və dünyada olan teleqüllələr arasında hündürlüyünə görə 34-cü yerdədir.

Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli 91 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mühafizə olunmalı, həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”na Bakı Teleqüllə Kompleksi də daxil edilib.

Qafar Ağayev

Paylaş:
431

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər