Feministlərin 8 mart aksiyasında qalmaqallı plakatı qaldıran qız intihara cəhd edib – FOTO

Bakıda 8 mart günü qanunsuz aksiya keçirən fəallardan biri Aysel Ələkbərzadə intihara cəhd edib.
1news.az-ın verdiyi xəbərə görə,1996-cı il təvəllüdlü Aysel Ələkbərzadə 3-cü mərtəbədən özünü atıb. O, aldığı müxtəlif xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
A.Ələkbərzadəyə ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır və hazırda reanimasiyadadır.
Qeyd edək ki, A. Ələkbərzadə martın 8-də Bakının mərkəzində feminist qadınların təşkil etdiyi qanunsuz aksiyada iştirak edib. O, əlində tutduğu “Vagina mənimdir, kimə istəsəm verərəm” şüarıyla sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib. Aysel özünü binadan atmazdan əvvəl Facebook profilində intihar edəcəyini açıqlayıb və onu intihara sövq edənlərin də adlarını açılayıb.
Məsələ ilə bağlı cinayət işi açılıb, hazırda araşdırma aparılır.
S.Xankişiyeva





