Bakıda kokain və ekstazi həblərinin satışı ilə məşğul olan şəxs saxlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda kokain və ekstazi həblərinin satışı ilə məşğul olan şəxs saxlanılıb - FOTO

11:12 - 30 / 11 / 2020
Bakıda kokain və ekstazi həblərinin satışı ilə məşğul olan şəxs saxlanılıb - FOTO

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

DİN mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, əməliyyat zamanı Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma), 234.4.3 (külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama), həmçinin 240-cı (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddələri ilə istintaqdan yayındğı üçün axtarışda olan Bərdə rayon sakini Nicat Əliyev tutulub.

17-ci Polis Şöbəsində üzərinə baxış keçirilən zamanı Nicat Əliyevdən  ümumi çəkisi 47,102 qram yüksək təsiredici xassəyə malik narkotik vasitə kokain, 247,540 qram psixotrop maddə olan metamfetamin, 386 ədəd çəkisi 66 qram olan ekstazi həbləri və 17 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Nicat Əliyev ifadəsində şəxsiyyəti məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə tanış olduğunu və onun ölkəmizə göndərdiyi narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini etiraf edib. Aşkar edilən narkotik vasitələrin bükümlərə ayrılaraq qablaşdırılması bir daha saxlanılan şəxsin onların satışı ilə məşğul olduğunu deməyə əsas verir.

Faktla bağlı 17-ci Polis Şöbəsində toplanan materiallar Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Nicat Əliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Əldə edilən narkotik vasitələrin mənbəyinin və ölkəmizə gətirilmə yollarının aşkar edilməsi istiqamətində zəruri istintaq, eləcə də  əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qafar Ağayev

Paylaş:
617

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər