1news.az

Bakıda xüsusi karantin rejimini pozan kafe aşkarlandı

3 Aprel saat 09:20 ~ 1 dəqiqəlik oxu 234
Bakıda xüsusi karantin rejimini pozan kafe aşkarlandı

Ölkə ərazisində xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun tədbirlər davam etdirilir.

1news.az-ın xəbərinə görə, polis əməkdaşları və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları Bakının müxtəlif yerlərində reydlər keçirib.

Reyd zamanı hələ də açıq və ya gizli şəkildə fəaliyyətini davam etdirən iaşə obyektinə rast gəlinib.

Belə ki, polis əməkdaşları və hərbi qulluqçular paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsi 2C massivinin 1-ci keçid ərazisində kafe aşkarlayıblar.

Aşkarlanan iaşə obyektinin sahibi barəsində inzibati protokol tərtib edilərək obyektin bağlanması təmin edilib.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net