Bakının təhlükə saçan eyvanları - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının təhlükə saçan eyvanları - VİDEO

18:45 - 26 / 05 / 2020
Bakının təhlükə saçan eyvanları - VİDEO

Bu günlərdə paytaxtın Nərimanov rayonu, Təbriz 102 ünvanında köhnə tikilinin eyvanları uçaraq yerə tökülüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Amma ola da bilərdi. Çünki ərazi insanların kifayət qədər intensiv hərəkət etdiyi bir yerdir.

1news.az bildirir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.

Sakin: "Ölüm də ola bilərdi, kimsə şikəst də qala bilərdi. Hər şey gözlənilə bilər. Ancaq ehtiyatlı olmaq lazımdır. Keçəndə də yuxarı baxmaq lazımdır. Əgər təhlükəli yerdirsə, keçmək lazım deyil".

Paytaxtda qəzalı vəziyyətdə olan binaların sayı çoxdur. Eyni zamanda, həmin binaların eyvanları da kifayət qədər təhlükəli vəziyyətdədir. Bu, həm də ondan xəbər verir ki, binaların eyvanlarının uçma hadisəsi son deyil, yenə də ola bilər.

Sakin: "1954-cü ildə tikilmiş binadır, ona görə də uçub gedir. Ona görə heç çox adam çıxmır eyvana qorxusundan".

Anar Məlikov - Ekspert: "Bina ömrünü tamam etmiş binadırsa və yaxud qəzalı vəziyyətdədirsə, mümkündür ki, bu eyvanların artıq konstruksiyaları çürüyüb. Metal hissələri artıq çürüyüb, zədələnib. Və müəyyən zaman keçdikdən sonra yoxlanıb nəzarət olunmadıqda, təbii ki, gözlənilməz təhlükələr ortalığa çıxır və eyvanlar qəfil uçur".

Ekspertin sözlərinə görə, aidiyyətı qurumlar tərəfindən mütəmadi olaraq, qəzalı vəziyyətdə olan binalar araşdırılmalı və qabaqlayıcı təhlükəsizlk tədbirləri görülməldir.

Anar Məlikov - Ekspert: "Qəza şəraiti yarada biləcək hallar analiz olunmalıdır. Qəzalı şəraitdə olan eyvanlar sökülüb aradan qaldırıla bilmirsə, ən azından hasarlana bilər. Ən azından çıxıntı hissələrinə qədər hasarlanmalıdır. Yəni fiziki insanların ora girməsi və yaxud qəzanın birbaşa baş verməsi ilə bağlı fiziki baryer yaradılmalıdır".

Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətindən bildirildi ki, Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı ilə paytaxtda istismar müddəti bitən evlərin söküntüsü davam edir. Eyni zamanda, Nərimanov rayonu ərazisində də qəzalı vəziyyətdə olan binaların sökülməsi nəzərdə tutulub.

1news.az

Paylaş:
705

Son xəbərlər

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 15:46Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, araşdırma aparılırBu gün, 14:30Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06
Bütün xəbərlər