Bestcomp Group Mərkəzi Asiya ölkələrindəki tərəfdaşları üçün təqdimat konfransı keçirdi – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bestcomp Group Mərkəzi Asiya ölkələrindəki tərəfdaşları üçün təqdimat konfransı keçirdi – FOTO

16:15 - 21 / 10 / 2019
Bestcomp Group Mərkəzi Asiya ölkələrindəki tərəfdaşları üçün təqdimat konfransı keçirdi – FOTO

17 oktyabr 2019 tarixində “Hyatt Regency Tashkent” mehmanxanasında Bestcomp Group beynəlxalq şirkətlər qrupu dünyanın aparıcı İT vendorları və Özbəkistan, Azərbaycan, Tacikistan, Türkmənistan və Qırğızıstandan olan tərəfdaşların iştirakı ilə təqdimat konfransı keçirdi.

Bestcomp Group şirkətlər qrupu Zaqafqaziya və Mərkəzi Asiya bölgəsində Hewlett Packard Enterprise, HP Inc., Lenovo DCG, Lenovo PSG, Acer, Microsoft, Eaton, APC by Schneider Electric, Radware, Microfocus Tripp Lite, Artronic, Uniview, Apacer, Kindermann, HID, Monacor, Qualys, Radiflow kimi dünyanın bir çox aparıcı istehsalçılarının Value Added distribütoru, İT və sistem inteqrasiyası sahəsində tərəfdaşı olaraq, şirkətlərə mövcud olduqları ölkələrdə peşəkar konsaltinq, texniki və layihə dəstəyi xidmətləri təqdim edir.

120-dən çox tərəfdaş şirkətin qatıldığı təqdimat konfransında iştirak edən  Bestcomp Group-un Müşahidə Şurasının Sədri Rauf Həsənov açılış nitqində Özbəkistan və Azərbaycan xalqlarının qardaşlığı, iki ölkə arasındakı iqtisadi əməkdaşlığı, həmçinin Bestcomp Group şirkətlər qrupunun fəaliyyəti və Mərkəzi Asiya ölkələrində informasiya texnologiyaları seqmentində tərəfdaşlıq münasibətlərinin strategiyası və inkişafını xüsusilə vurğuladı.

Bestcomp Group-un Mərkəzi Asiyada regional ofisinin Baş Direktoru Xəlil Ələkbərov isə, şirkətin böyük texnoloji imkanlarından və tərəfdaşlar üçün açılan fürsətlərdən danışdı. O, həmçinin Bestcomp Group Mərkəzi Asiya Regional Ofisinin əməkdaşlarını tədbir iştirakçılarına təqdim etdi.

Konfransın rəsmi hissəsində dünyanın qabaqcıl İT şirkətlərinin aparıcı menecerləri İT sahəsində olan son yeniliklər, sistem inteqrasiyası və informasiya təhlükəsizliyi sahəsindəki maraqlı yeni həllər haqqında danışdılar.

Təqdimatçılar arasında Lenovo PSG şirkətinin nümayəndələri: Şərqi Avropa, Orta Asiya və Azərbaycanda korporativ sifarişçilərlə iş üzrə meneceri Qaziz Abdrassilovu, Lenovo Data Center Group Məlumat Mərkəzi üçün həllərin satışı şöbəsinin rəhbəri Anton Boldini; HP Inc. şirkətinin nümayəndələri: Şərqi Avropa, Orta Asiya və Azərbaycanda satış kanallarının inkişafı üzrə meneceri Andrey Naumenkonu və  HP Inc. distribusiyası üzrə meneceri Aleksandr Jelezkovu; Radware şirkətinin MDB və Baltika ölkələri üzrə direktoru Dmitriy Xusinskini; Eaton şirkətinin regional satış nümayəndəsi Kerim Çeliki; Acer şirkətinin Orta Asiya, Qafqaz, Türkiyə və Qazaxıstan üzrə regional direktoru Mixail Konstantinovu xüsusilə vurğulamaq istərdik.

Konfransın rəsmi hissəsinin sonunda Mərkəzi Asiya ölkələrindəki tərəfdaşlar üçün təşviqedici proqram elan edildi. Belə ki, proqramın qalibləri 2020-ci ilin iyun ayında Formula 1 Qran Prisində iştirak etmək üçün “odlar diyarı” Bakı şəhərinə dəvət ediləcəklər.

Axşam tədbiri rəqs qrupunun, vokal-instrumental ansamblın və “Özbəkistanın Səs”i müsabiqəsinin qalibi Səbinə Mustayevanın iştirakı ilə keçən ziyafət məclisi ilə başa çatdı.

Tədbir boyunca iştirakçılar dünyanın aparıcı İT brendləri HP İnc., Lenovo və Acer şirkətlərindən dəyərli hədiyyələr qazandılar.

Reklam hüququnda

Paylaş:
1260

Son xəbərlər

Şuşaya qayıdış bu tarixdən başlayacaqBu gün, 17:45İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlanıb, xəbərdarlıq edilibBu gün, 17:39Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilibBu gün, 17:22“Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulan qurumların sayı artırılıbBu gün, 17:17144 ticarət və 160 ictimai iaşə müəssisəsində pozuntular aşkarlanıbBu gün, 17:11Sumqayıtda narkotikin təsiri altında avtomobil idarə edən 27 sürücü aşkarlanıb - VİDEOBu gün, 16:55Azərbaycan və Əlcəzair arasında enerji sahəsində əməkdaşlıq müzakirə olunubBu gün, 16:39Lənkəranda baş verən qəzada piyada ölübBu gün, 16:27Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilibBu gün, 16:15Azərbaycan XİN Fransa daxili işlər nazirinin səsləndirdiyi əsassız iddialara cavab veribBu gün, 15:57Növbəti köç karvanı Laçına çatıb - YENİLƏNİBBu gün, 15:43“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində respublika müşavirəsi keçirilib - FOTO - VİDEOBu gün, 15:22Aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 15:18Ceyhun Bayramov livanlı həmkarı ilə görüşübBu gün, 15:07Nazir: Azərbaycanın tərəfdarı olduğu danışıqlar Cənubi Qafqazda sülhə və sabitliyə hesablanıbBu gün, 14:57Yazın son ayında hava necə olacaq?Bu gün, 14:41Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilibBu gün, 14:21Ceyhun Bayramov Qətərin Baş naziri ilə görüşübBu gün, 13:59“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanılıbBu gün, 13:45Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb - FOTOBu gün, 13:38
Bütün xəbərlər