Taksi sürücülüyü yalnız avtomobil idarə etmək deyil: sürücülərə hansı dəstək göstərilir? - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Taksi sürücülüyü yalnız avtomobil idarə etmək deyil: sürücülərə hansı dəstək göstərilir? - FOTO

First News Media14:19 - Bu gün
Taksi sürücülüyü yalnız avtomobil idarə etmək deyil: sürücülərə hansı dəstək göstərilir? - FOTO

Taksi sürücülüyü yalnız avtomobil idarə etməkdən ibarət deyil.

Sürücülər gündəlik olaraq sərnişinlərlə ünsiyyət, təhlükəsizlik qaydaları, sənədləşmə, platforma tələbləri və texniki məsələlərlə qarşılaşırlar. Buna görə də sürücülərin məlumatlandırılması və ehtiyac yarandıqda operativ dəstək ala bilməsi xidmətin vacib hissəsidir.

Bolt platformasından istifadə edən sürücülər şirkətin əməkdaşları deyil və müstəqil şəkildə xidmət göstərirlər. Onlar öz avtomobilləri ilə fəaliyyət göstərə və ya nəqliyyat vasitəsini taksi parkından icarəyə götürə bilərlər. Bu modeldə sürücülər gündəlik fəaliyyətlərini əsasən özləri təşkil edir, tələb olunan sənədlər və platformadan istifadə ilə bağlı proseslərə cavabdeh olurlar. Avtomobil icarəyə götürüldükdə isə nəqliyyat vasitəsi ilə bağlı məsələlər sürücü ilə taksi parkı arasında tənzimlənir.

Məhz bu fəaliyyət modelini nəzərə alaraq, Bolt əsas platforma xidmətini sürücülərin gündəlik suallarını daha rahat həll etməyə kömək edən fiziki və rəqəmsal dəstək imkanları ilə tamamlayır.

Bu dəstək formatlarından biri Driver Hub-dır - sürücülərin yerində dəstək ala bildiyi fiziki xidmət mərkəzi. Hazırda bu mərkəzlər Bakıda iki ünvanda, həmçinin Sumqayıt, Gəncə və Mingəçevirdə fəaliyyət göstərir.

Burada sürücülərə qeydiyyat, sənədləşmə, fərqlənmə nişanı, profil və avtomobil məlumatlarının yenilənməsi, rüsumlar və aidiyyəti qurumlara müraciət qaydaları ilə bağlı pulsuz məlumat və dəstək təqdim olunur. Sürücülər həmçinin qazanc, balans, hesabın bloklanması və xidmət zamanı qarşılaşdıqları digər məsələlər ilə bağlı müraciət edə bilirlər.

Hub`da sürücülər və Fleet sahibləri üçün ayrılıqda 2 fərqli xidmət sahələri mövcuddur. Bundan əlavə, avtomobildə sərnişinə məxsus əşya qaldıqda, Driver Hub onun sahibinə qaytarılmasına da dəstək göstərir.

Driver Hub-lara müraciət edən sürücülərin sualları çox fərqli olur - qeydiyyatdan sənədləşməyə, profil dəyişikliklərindən texniki məsələlərə qədər. Məqsəd sürücünün prosesləri daha aydın başa düşməsinə və lazım olan məlumatı bir yerdə əldə etməsinə kömək etməkdir,” - Əməliyyatlar və Sürücü Artımı üzrə menecer Həzi Nəsirli bildirir.

Qeydiyyat və hesab təhlükəsizliyi istiqamətində SİMA inteqrasiyasından da istifadə olunur. Bu, sürücünün şəxsiyyətinin mütəmadi təsdiqlənməsinə və mümkün saxtakarlıq hallarının qarşısının alınmasına kömək edir.

Sürücülərlə birbaşa dialoq üçün mütəmadi Dəyirmi Masa görüşləri və canlı sessiyalar təşkil olunur. Görüşlərdə müxtəlif təcrübə və fəaliyyət səviyyəsinə malik sürücülərin gündəlik iş zamanı qarşılaşdıqları məsələlər, platformadakı yeniliklər və aktual suallar müzakirə edilir.

Bu görüşlər bizə sürücülərin hansı mövzularla daha çox qarşılaşdığını birbaşa onlardan eşitməyə imkan verir. Canlı sessiyalar və Dəyirmi Masa formatları həm məlumat paylaşmaq, həm də sürücülərdən geribildirim almaq üçün istifadə olunur,” — Sürücü Əlaqələri, Etimad və Təhlükəsizlik üzrə menecer Fidan Kamilova qeyd edir.

Yaxın dövrdə daha çox sürücünün bu dəstək və kommunikasiya imkanlarından istifadə etməsi gözlənilir. Bu, həm sürücülərin platformadakı proseslər barədə daha məlumatlı olmasına, həm də onların sual və ehtiyaclarının daha operativ şəkildə müəyyənləşdirilməsinə imkan verə bilər.

Facebook səhifəsində Canlı yayıma qoşulmaq üçün - Keçid

Bakıda yerləşən “Driver Hub”-ların ünvanları - 1) Əbdulvahab Salamzade 31 - Starlife DEC (Əsas) və 2) Səttar Bəhlulzadə 155C

Paylaş:
41

Son xəbərlər

Bütün xəbərlər