#BizBirlikdəGüclüyük: XİN-dən səhiyyə işçiləri ilə bağlı VİDEOÇARX
Koronavirus infeksiyasının (COVID-19) Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökuməti tərəfindən bütün istiqamətlərdə hərtərəfli tədbirlər həyata keçirilir.
1news.az-ın verdiyi xəbərə görə, Azərbaycan həkimlərinə mənəvi dəstək kampaniyasına qoşularaq, Azərbaycan Hökumətinə və bütün səhiyyə işçilərinə bu çətin mübarizədə göstərdikləri qəhrəmanlıq ilə bağlı təşəkkürünü və onlarla həmrəyliyini bildirmək üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) videoçarx hazırlayıb.
AR XİN bu videoçarxın hazırlanmasında göstərdiyi yardıma görə Azərbaycan Televiziyasına təşəkkürünü bildirir.
#BizBirlikdəGüclüyük
S.Xankişiyeva