İki il əvvəl minaya düşərək həyatını itirən ANAMA əməkdaşına şəhid statusu verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

İki il əvvəl minaya düşərək həyatını itirən ANAMA əməkdaşına şəhid statusu verildi

First News Media12:27 - Bu gün
İki il əvvəl minaya düşərək həyatını itirən ANAMA əməkdaşına şəhid statusu verildi

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevə şəhid statusu verilib.

1news.az-ın “Qafqazinfo”ya istinadən xəbərinə görə, bu barədə onun ailəsi məlumat verilib.

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayev şəhid, onun ailəsi şəhid ailəsi üzvü hesab olunacaq.

Qeyd edək ki, Prezidentin bu ilin aprelində imzaladığı Sərəncamla Raqif İsayev ölümündən sonra “Minatəmizləmə sahəsində xidmətlərinə görə” medalı ilə təltif edilib.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər