Azərbaycan BMT Baş Assambleyasının 81-ci sessiyasında geniş tərkibdə nümayəndə heyəti ilə iştirak edəcək | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan BMT Baş Assambleyasının 81-ci sessiyasında geniş tərkibdə nümayəndə heyəti ilə iştirak edəcək

First News Media13:19 - Bu gün
Azərbaycan BMT Baş Assambleyasının 81-ci sessiyasında geniş tərkibdə nümayəndə heyəti ilə iştirak edəcək

Azərbaycan sentyabrın 22-də Nyu-Yorkda öz işinə başlayacaq BMT Baş Assambleyasının 81-ci sessiyasında geniş tərkibdə nümayəndə heyəti ilə iştirak edəcək.

1news.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 9-da Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, dövlət başçısının BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirakı nəzərdə tutulmur:

"Ancaq Azərbaycan sessiyaya geniş tərkibdə nümayəndə heyəti ilə qatılacaq. Hazırda bununla bağlı hazırlıq aparılır".

Paylaş:
56

Son xəbərlər

Bütün xəbərlər