Azərbaycan nefti bahalaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan nefti bahalaşıb

First News Media10:42 - Bu gün
Azərbaycan nefti bahalaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,14 dollar və ya 4,75% artaraq 113,32 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 108,18 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər