"Sabah" Çempionlar Liqasında ilk oyununa çıxır
Azərbaycan təmsilçisi "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qarşılaşmasına bu gün çıxacaq.
1news.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda İngiltərədə turnirin favoritlərindən olan "Mançester Yunayted"lə qarşılaşacaq.
"Old Trafford" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Matçın baş hakimi Fransadan olan FIFA referisi Villi Delajo olacaq.
Qeyd edək ki, "Sabah" növbəti oyununu oktyabrın 13-də Bakıda Çexiyanın "Slaviya" komandasına qarşı keçirəcək.
63












