1news.az

Çempionlar Liqası başlayır: İtaliya və İspaniya çempionları üçün revanş şansı

7 Avqust saat 16:54 ~ 1 dəqiqəlik oxu 3540
Çempionlar Liqası başlayır: İtaliya və İspaniya çempionları üçün revanş şansı

Bu gün Çempionlar Liqasında 2019/20 mövsümünün qalan hissəsi bərpa olunacaq.

1news.az apasport.az-a istinadla bildirir ki, 1/8 finalın baş tutmayan cavab oyunlarından ikisi keçiriləcək.

İtaliya çempionu "Yuventus" öz meydanında "Lion"u sınağa çəkəcək. Səfərdə 0:1 hesabı ilə uduzan turinlilər komandanın ulduzu Kriştiano Ronaldonun vətəni Portuqaliyada təşkil olunacaq final mərhələsinə vəsiqə qazanmaq üçün revanş almalıdır.

Digər görüş Mançesterdə təşkil olunacaq. "Mançester Siti" İspaniya çempionu "Real"ı qəbul edəcək. Rəqib meydanında qalib gələn Pep Qvardiolanın yetirmələri turu adlamaq üçün üstünlüyü qorumalıdır.

Qeyd edək ki, mərhələyə avqustun 8-də yekun vurulacaq.

Çempionlar Liqası
1/8 final, cavab oyunları
7 avqust

23:00. "Yuventus" (İtaliya) - "Lion" (Fransa)
Baş hakim: Feliks Zvayer (Almaniya)
Turin. "Yuventus" stadionu
İlk oyun - 0:1

23:00. "Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya)
Baş hakim: Feliks Brix (Almaniya)
Mançester. Şəhər stadionu
İlk oyun - 2:1

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Futbol BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net