“Dirçəliş Kuboku”nun üçüncü mövsümü CBC Sport və 1news.az-ın informasiya dəstəyi ilə keçiriləcək
Yaxın zamanda start götürəcək “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin üçüncü mövsümü (2026/2027) CBC Sport telekanalının və 1news.az informasiya portalının informasiya dəstəyi ilə keçiriləcək.
Müvafiq razılaşma turnirin təşkilatçısı — Qarabağ Dirçəliş Fondu ilə adıçəkilən telekanal və informasiya portalı arasında əldə olunub.
CBC Sport telekanalı turnirin ilk iki mövsümündə — 2024/2025 və 2025/2026 mövsümlərində də rəsmi informasiya tərəfdaşı olub. 1news.az informasiya portalı isə ilk dəfə yarışların rəsmi media tərəfdaşı qismində çıxış edəcək.
Hazırda ölkədə fəaliyyət göstərən dövlət qurumlarının və şirkətlərin komandaları arasında təşkil olunan turnirin iştirakçılarının qeydiyyatı davam edir. Müraciəti bu keçid vasitəsilə göndərmək mümkündür: https://revivalcup.az/qeydiyyat.php
«Dirçəliş Kuboku» xeyriyyə futbol turniri Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı ilə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə keçirilir. Turnirdən əldə olunan vəsait azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradılmasına yönəldiləcək.











