“Cənab Prezident, Sizin sayənizdə çətin günlər arxada qalacaq, Azərbaycan daha da güclü olacaq” – Vətəndaş məktubları | 1news.az | Xəbərlər
Siyasət

“Cənab Prezident, Sizin sayənizdə çətin günlər arxada qalacaq, Azərbaycan daha da güclü olacaq” – Vətəndaş məktubları

18:21 - 13 / 07 / 2020
“Cənab Prezident, Sizin sayənizdə çətin günlər arxada qalacaq, Azərbaycan daha da güclü olacaq” – Vətəndaş məktubları

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Aytac Əliyevadan, Şirvan, Azərbaycan

“Çox hörmətli və dəyərli cənab Prezident.

Siz ölkəmizin bugünkü inkişafını təmin etmək, xoşbəxt gələcəyini qurmaq yolunda göstərdiyiniz xidmətlərinizə görə xalqımızın dərin rəğbət və məhəbbətini, inam və etibarını qazanmısınız. Sizin rəhbərliyinizlə Vətənimiz dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir.

Mən bir Azərbaycan gənci olaraq sevinclə vurğulamalıyam ki, Siz ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə hər zaman gənclərə böyük meydan verilməsinin tərəfdarı olmuş, bizlər üçün səmərəli şərait yaradılması üçün çalışmısınız. Biz gənclər yekdilliklə Sizi dəstəkləyirik. Hər zaman gənclərimizin yanında olduğunuz üçün Sizə sonsuz təşəkkür edirəm”.

Nazim Məmmədovdan, Zaqatala, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası nəinki COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir. Dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı olduğu bir dövrdə Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının sədri kimi Hərəkatın Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşlərinin keçirilməsinə nail oldunuz və bununla da tarixi hadisənin yaşanmasına növbəti dəfə imza atdınız.

Bütün bunlar göstərdi ki, Azərbaycan dövləti, onun Lideri ən çətin situasiyalarda belə düşünülmüş, gələcəyə və nikbinliyə, optimizmə yönəlmiş addımların atılmasına, qərarların verilməsinə hazır və qadirdir. Xalqımız bir daha əmin oldu ki, Prezidenti və dövləti hər zaman onun yanındadır. Sizinlə qürur duyur və bu ağır dövrdə Sizin vaxtında atdığınız addımlar, xalqın sağlamlığının qorunmasına yönəlmiş siyasət nəticəsində koronavirus bəlasından tezliklə xilas olacağımıza böyük inam bəsləyirik”.

Hüseyn Budaqovdan, Gəncə, Azərbaycan

“Hörmətli cənab Prezident.

Tarix boyu xalqları çətin və böhranlı vəziyyətlərdən liderlərin siyasi iradəsi və uzaqgörənliyi xilas edib. 1993-cü ildə Heydər Əliyev ümummilli lider olaraq Azərbaycanı təhlükələrdən xilas etdi.

Dünyanı təşvişə salan, sərhəd tanımayan koronavirus pandemiyası ölkəmizdən yan keçmədiyi zamanda Ulu Öndərimizin siyasi varisi kimi Siz bu missiyanı inamla və uğurla yerinə yetirdiniz. Məhz Sizin vaxtında verdiyiniz qərarlar sayəsində respublikada pandemiya ilə mübarizə məsələsi tam nəzarətə götürüldü. Təsadüfi deyil ki, Sizin uzaqgörən, məqsədyönlü siyasətiniz nəticəsində Azərbaycan koronovirusla mübarizədə xeyli uğurlar əldə etdi.

Siz pandemiya şəraitində ölkə vətəndaşlarının sağlamlığı ilə yanaşı karantin rejimindən zərər çəkən insanları, xüsusən kiçik sahibkarları, muzdla çalışanları, işsizləri və əhalinin digər həssas təbəqələri də yaddan çıxarmadınız. Tərəddüd etmədən, əhalinin sosial müdafiəsi və məşğulluğu ilə bağlı verdiyiniz qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılandı. Xalq bir daha hər zaman vətəndaşın yanında olan Prezidentinin xilaskarlıq missiyasının şahidi oldu.

Cənab Prezident, Sizin sayənizdə çətin günlər arxada qalacaq, Azərbaycan daha da güclü olacaq”.

Vüsal İbrahimovdan, Şəki, Azərbaycan

“Çox hörmətli cənab Prezident.

Ölkəmizdə əhalinin sağlamlığı, güzəranı, rifahının yaxşılaşdırılması daim Sizin diqqətinizdədir. Biz yaxşı bilirik ki, Sizin kimi Prezidentimiz varsa, hər bir çətinliyin öhdəsindən gələcəyik.

Əziz Prezidentimiz, mən və ailəm Sizinlə fəxr edir, Sizə güvənirik. Ölkəyə rəhbərlik etdiyiniz gündən həmişə Azərbaycan xalqının yanındasınız və xalqın sosial problemlərini həll etmək, aztəminatlı ailələrin güzəranını yaxşılaşdırmaq üçün əlinizdən gələni edirsiniz.

Pandemiya şəraitində isə ölkə vətəndaşlarının sağlamlığını hər şeydən üstün tutdunuz.

Sizin sayəsində ölkəmiz bütün çətinliklərin öhdəsindən uğurla gəlir.

Allah Sizi və ailənizi qorusun, kölgənizi xalqımızın başı üzərindən əskik etməsin. Bu çətin və şərəfli yolda Sizə yeni nailiyyətlər və möhkəm cansağlığı arzu edirəm”.

Əlsafa Mailovdan, Cəlilabad, Azərbaycan

“Hörmətli cənab Prezident.

Erməni hərbçilərinin yenidən atəşgahı pozaraq ağır artilleriyadan istifadə etməklə Azərbaycan-Ermənistan sərhədini pozmağa cəhd etməsi, döyüş mövqelərimizi atəşə tutmaları hamımızı hiddətləndirdi.

Qüdrətli ordumuzun, qəhrəman zabit və əsgərlərimizin sayəsində erməni təxribatının qarşısı yenə də layiqincə alındı, mənfur düşmən üzüqara geri oturduldu.

Hörmətli cənab Prezident, ehtiyatda olan bir əsgər kimi döyüşməyə, torpaqlarımızı azad etməyə hər an hazıram.

Cənab Ali Baş Komandan, Sizin yürütdüyünüz siyasətə tam güvənirik, inanırıq və Sizi dəstəkləyirik. Daim Sizin yanınızdayıq. Biz birlikdə güclüyük”.

Elşən Uluxanlıdan, Bakı, Azərbaycan

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Erməni faşistləri yenidən Azərbaycanın suverenliyinin pozulması istiqamətində hərbi təxribat törətmişlər. Milli Ordumuzun kəskin cavabı sayəsində düşmən böyük itki verərək geri çəkilməyə məcbur olmuşdur.

Möhtərəm Prezident, cənab Ali Baş Komandan, Azərbaycan Respublikasının şəhid Milli Qəhrəman ailələri və ehtiyatda olan Milli Qəhrəmanları adından Sizi əmin edirik ki, bizlər daim dövlət və dövlətçiliyə xidmət edirik, Sizin rəhbərliyinizlə doğma Vətənimiz Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün hər an ön cəbhəyə getməyə hazırıq”.

Mövzu ilə əlaqədar oxuyun:

“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar

“Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndiririk” – Minnətdarlıq məktubları

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

Paylaş:
519

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər