Çoxsaylı bıçaq zərbələri və əzablı illər: Bakının mərkəzində bıçaqlanan Dilarə Zeynalovanın acı həyat hekayəsi – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Çoxsaylı bıçaq zərbələri və əzablı illər: Bakının mərkəzində bıçaqlanan Dilarə Zeynalovanın acı həyat hekayəsi – FOTO – VİDEO

12:51 - 06 / 02 / 2020
Çoxsaylı bıçaq zərbələri və əzablı illər: Bakının mərkəzində bıçaqlanan Dilarə Zeynalovanın acı həyat hekayəsi – FOTO – VİDEO

Uşaqların və əsəbi zəif olanların video baxması tövsiyyə olunmur.

Bakının mərkəzində qadın qan içində yerdə uzanır, qızı bir tərəfdən anasının yaralarından axan qanı tutur, bir yandan ağlayaraq köməyə çağırır, qurbanın keçmiş əri isə qızının yanında dayanaraq deyir: “Mənimlə gəl, anan artıq ölüb”.

Bu, hər hansı kabus filmələrindən olan kadr deyil. Bu, bizim reallığımızdır. Fevralın 1-də, günün günorta çağı, Bakının Yasamal rayonunda yerləşən Hüseyn Cavid heykəlinin yaxınlığında qadın 15 yaşlı qızının gözləri önündə keçmiş əri – 39 yaşlı Ceyhun Nizami oğlu Bəhmənov tərəfindən 37 yaşlı Dilarə Faiq qızı Zeynalova 16 bıçaq zərbəsi alır.

İctimaiyyət arasında geniş rezonans doğurduğu üçün 1news.az mövzunun davamını izləyərək zərərçəkmişin anası Elmira Zeynalova ilə əlaqə saxlayıb, qızının başına gələnlərdən xəbər alıb.

“Hazırda Dilarə ağır vəziyyətdə xəstəxanadadır. Zərbələr Dilarənin əllərini, ağciyərini parçalayıb, qabırğalarını sındırıb, böyrəyini, beynini zədələyib. Üç bıçaq zərbəsi qızımın ürəyinin altından dəyib. Ceyhunun əlində iki bıçaq olub və eyni vaxtda hər ikisi ilə zərbələr vurub. Daha sonra qızını tutaraq zorla özü ilə aparmaq istəyib, amma qızı Dilarənin yanına gəlib. Təcili tibbi yardım gələnə kimi qızı Dilarənin boğazındakı yaraları əlləri ilə tutaraq qanın axmasının qarşısını almağa çalışıb”.

1998-ci il hadisələrini xatırlayan E.Zeynalova bunları dedi:

“Hər şey kiçik qızımın doğum günündə baş verdi. Bayram idi, sinif yoldaşları toplaşmışdı, Ceyhun arvadını qısqanırdı. Onlar eyni sinifdə oxuyublar. Təsəvvür edin, Ceyhun onu çölə çağırdı və qısqanclığı üzündən 11 bıçaq zərbəsi vurdu. Dilarə möcüzə nəticəsində sağ qaldı, Ceyhuna iki il şərti cəza verildi. Yadımdadır, atası Nizami Bəhmənov bütün əlaqələrindən istifadə etdi, Azərbaycanın baş psixiatrı, mərhum Ağabəy Sultanovdan Ceyhunun cinayəti şüursuz halda törətdiyi barədə arayış aldı”.

Fotoda – Ceyhun Nizami oğlu Bəhmənov

Onun sözlərinə görə, hazırda Dilarə 1 saylı Kliniki Tibbi Mərkəzdən (Semaşko) özəl xəstəxanaya köçürülüb: “Hazırda həkimlər qızımın həyatıını xilas etməyə çalışır”.

Qızının C.Bəhmənovla evliliyini cəhənnəm adlandıran E.Zeynalova bildirib:

 “Onlar 2000-ci ildə evlənib, 2019-cu ildə boşanıblar. Onların 15 yaşlı qızı, 19 və 6 yaşlı iki oğlu var. Ceyhun dindar idi, evlənən kimi qızımı hicab bağlamağa məcbur etdi. Qızı olanda ona da zorla hicab bağlatdırmışdı, onu məktəbə getməyə qoymurdu. Bu illər ərzində daim ailəsinə zülm verib, onları evdən çölə buraxmırdı. Oğlunun 16 yaşı olanda namaz qılmaqdan imtina etdiyi üçün evdən qovmuşdu. Mən və xalaları onu götürüb saxladıq, indi Avropada təhsil alır.

Audioda Dilarə Zeynalova ilə Ceyhun Bəhmonovun dialoqunun səs yazısı

Dilarə ilə bir çox qurumlara, polisə müraciət etdik ki, C.Bəhmənov onu hədələyir. Lakin hər yerdə bizə dedilər ki, hədələyir – bu ki, öldürməyə cəhd deyil. Və heç nə etmədilər. İndi isə qızım reanimasiyada ölümlə həyat arasında mübarizə aparır. Nə üçün bizdə qadınları keçmiş ərlərinin təhdidindən heç kim müdafiə etmir?

Bu cür biganəliyi görən Dilarə Naxçıvana getdi ki, Ceyhun onu tapa bilməsin. Orada qızı məktəbə getdi. Özü də, qızı da hicabı açdılar. İşə düzəlmişdi, xoşbəxt idi. İki günlüyünə Bakıya qızını həkimə aparmaq üçün gəlmişdi. Ceyhun hardansa onların Bakıda olduğunu bilib, onları güdüb. Dilarə elə ilk bıçaq zərbəsindən huşunu itirib. Ceyhun isə iki bıçaqla ona çoxsaylı zərbələr endirib.

Fotoda zərərçəkmiş Dilarə Zeynalova

Burada haşiyəyə çıxaq ki, hüquq-mühafizə orqanlarından əldə edilən məlumata görə, C.Bəhmənov barəsində artıq məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı ilkin olaraq Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə başlanan cinayət işi, CM-nin 126.2.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma; xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsinə tövsif edilib.

Bu maddəyə əsasən 9 ildən 12 ilədək cəza nəzərdə tutulur. Lakin Dilarənin qohumları qorxur ki, Ceyhun 22 il əvvəl cinayətdən yayındığı kimi, indi də yayınacaq.

Fotoda Nizami Bəhmənov

Həmçinin qeyd edək ki, boşanmadan sonra məhkəmə aylıq 400 manat aliment təyin etsə də, Ceyhun 1 qəpik də övladları üçün ödəməyib.

İndi digər qızlarım Dilarənin özəl klinikada bahalı müalicə xərclərini ödəyirlər. Bəhmənovlar tərəfdən kimsə kömək etməyi təklif etməyib. İstintaqın aparılması da bizi qane etmir – müstəntiq yalnız Dilarənin sağ qalıb-qalmaması maraqlandırır. O, nə ifadələri alıb, nə də hər hansı bir ərizə... Qorxuruq ki, C.Bəhmənov məsuliyyətdən yayınacaq”.

Zərərçəkmişim bacısı Zümrüd 1news.az-a bildirib ki, hazırda C.Bəhmənovun qardaşı – Turqay Bəhmənov əlaqələri hesabına qardaşına psixi cəhətdən xəstəlik arayışı alaraq onun cəzasını yükgülləşdirməyə çalışır.

Fotoda – Turqay Bəhmənov

“Ceyhun Bəhmənovun atası - Nizami Bəhmənov Şuşanın sabiq icra başçısı idi. Buna görə də ilk dəfə cinayəti törətdikdə, oğlunu əlaqələri və vəsati hesabına həbsdən xilas edə bilmişdi.

Dilarənin evlilik illəri qorxulu yuxu kimi keçib. Hər zaman hicab bağlaması ilə bağlı döyülüb, zorakılığa məruz qalıb. Sonda Dilarə uşaqları qorumaq üçün boşandı. Boşanma prosesi uzun çəkdi. Lakin boşandıqdan sonra da əri ondan əl çəkməyib. Bütün ailə hüquq-mühafizə orqanlarına şikayət ərizəsi veriblər, lakin...

Və sonda Ceyhun bacıma çoxsaylı bıçaq zərbəsi vurdu. Cəmiyyət və hüquq-mühafizə orqanları Azərbaycanın bütün bölgələrində geniş vüsət alan məişət zorakılığı probleminə nə qədər məhəl qoymayacaq ?! Artıq mənəvi zərbə alan və ya tezliklə qurbanlar siyahısında olacaq gələcək nəsil təhlükə altındadır! Xahiş edirəm Dilarəyə kömək edin, Ceyhun Bəhmənov cəzasını almalıdır”.

P.S. 1news.az öz növbəsində vurğulamaq istəyir ki, hazırda zərər çəkmiş şəxsin qohumları tərəfindən həbs edilənlərə qarşı səsləndirilən, irəli sürülən bütün ittihamların məhkəmə qərarı ilə sübut olunmayıb və təsdiqlənməyib. Və Ceyhun Bəhmənovun ailəsinin bu iddialara münasibət bildirmək üçün imkan yaratmağa hazırıq.

Bakının mərkəzində ər arvadını bıçaqlayıb – FOTO – VİDEO

Tərcümə: S.Xankişiyeva

Paylaş:
3931

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər