“Dostluq üçün futbol” turnirində Azərbaycanı təmsil edəcək nümayəndə müəyyənləşib | 1news.az | Xəbərlər
Futbol

“Dostluq üçün futbol” turnirində Azərbaycanı təmsil edəcək nümayəndə müəyyənləşib

11:28 - 14 / 03 / 2018
“Dostluq üçün futbol” turnirində Azərbaycanı təmsil edəcək nümayəndə müəyyənləşib

Moskvada keçiriləcək “Dostluq üçün futbol” (Football for Friendship) turnirində Azərbaycanı təmsil edəcək nümayəndə müəyyən edilib.

1news.az-ın verdiyi xəbərə görə, mötəbər turnirdə ölkəmizi 12 yaşlı Conatan Ferqüsson təmsil edəcək.

Gənc futbolçu qapıçı kimi çıxış edəcək. Ferqüsson Kosta-Rika, Qırğızıstan, Sent-Lüsiya, Laos və Kamar adalarından olan gənc oyunçularla birlikdə çıxış edəcək.

Qeyd edək ki, Conatan Ferqüsson 2005-ci ildə Bakıda doğulub.

Azərbaycandan Moskvaya gənc jurnalist kimi Rəna Əliyeva göndəriləcək.

Qeyd edək ki, “Qazprom” İSC-nin himayədarlığı ilə “Dostluq üçün futbol” Beynəlxalq Uşaq Sosial proqramı 2013-cü ildən keçirilir.

Layihənin məqsədi – uşaq futbolunu inkişaf etdirərək uşaqlarda digər xalqlar və mədəniyyətlərə etiram və tolerantlığı tərbiyə etməkdir.

İştirakçıların dəstəkləyib irəliyə apardığı əsas dəyərlər – dostluq, bərabərlik, ədalət, sağlamlıq, sülh, sədaqət, qələbə, ənənələr və şərəfdir.

Xatırladaq ki, 2017-ci ildə Azərbaycanı təmsil edən Rəvan Kazımov turnirin qaliblərindən biri olub.

Qeyd edək ki, 1news.az “Dostluq üçün futbol” layihəsinin informasiya tərəfdaşıdır.

“Dostluq üçün futbol” turnirində azərbaycanlı nümayəndə qapıçı kimi çıxış edəcək – FOTO – VİDEO

“Şahdağ”-ın yetirməsi Azərbaycanı “Dostluq üçün futbol” beynəlxalq layihəsində təmsil edəcək

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1520

Son xəbərlər

Bütün xəbərlər