“Dostluq üçün futbol” turnirində azərbaycanlı nümayəndə qapıçı kimi çıxış edəcək – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Dostluq üçün futbol” turnirində azərbaycanlı nümayəndə qapıçı kimi çıxış edəcək – FOTO – VİDEO

12:34 - 18 / 02 / 2018
“Dostluq üçün futbol” turnirində azərbaycanlı nümayəndə qapıçı kimi çıxış edəcək – FOTO – VİDEO

Moskvada “Dostluq üçün futbol” beynəlxalq uşaq sosial proqramının altıncı mövsümünün açıq püşkatma mərasimi keçirilib.

Tədbir Rusiyada baş tutacaq FİFA 2018 Futbol üzrə Dünya Çempionatı da daxil olmaqla, FİFA-nın himayəsində olan “Qazprom” İSC tərəfindən təşkil olunub.

1news.az-ın verdiyi xəbərə görə, proqramın məqsədi gənc nəslin öz həmyaşıdları arasında– dostluq, bərabərlik, sülh və digər xalqların mədəniyyətlərinə hörmət kimi başlıca dəyərləri inkişaf etdirilməsidir.

Bu il baş tutan proqram 211 ölkə və regionu öz ətrafında birləşdirib. Tədbirin final mövsümü Moskvada 8-15 iyun tarixlərində keçiriləcək.

Açıq püşkatma zamanı futbol üzrə 32 beynəlxalq dostluq yığması, eləcə də hər ölkədən olan gənc futbolçu üçün oyun ampluası da (qapıçı, müdafiəçi, yarımmüdafiəçi və ya hücumçu) təyin edilib. Yığmalar “Dostluq üçün futbol”un prinsipi əsasında təşkil edilib. Yəni hər bir komanda da müxtəlif xalqlardan, müxtəlif cinsdən və fikizi imkanlara sahib idmançılar oynayacaq. Oyunçuların yaş həddi 12-dir. Onların məşqçiləri isə müxtəlif ölkələrdən 14-16 yaşlı futbolçulara həvalə olunub. Mərasimi dünyanın 5000-dən çox KİV-i, eləcə də 211 ölkə və regiondan olan 12 yaşlı gənc jurnalistlərdən ibarət “Dostluq üçün futbol” Uşaq Mətbuat Mərkəzi işıqlandıracaq. Bütün dünya üzrə öz ölkələrində sülh, dostluq və bərabərliyi tmsil edən gənc səfirlərin milli seçimləri başlayıb.

Püşkatma mərasimində “Dostluq üçün futbol” proqramının ötənilki mövsümlərinin gənc futbolçuları Zaxar Baduk (Rusiya), Runji Cuy (Çin), Xuan Manuel Pinola Silveyra (Uruqvay) həmçinin “Dostluq üçün futbol” Uşaq Mətbuat Mərkəzinin nümayəndəsi Liliya Matsumato (Yaponiya), ananya Kamboy (Hindistan), Kristoffer Sova Mensa (Qana) iştirak ediblər. Püçkatma mərasimi dünyanın bir sıra ölkələrində televiziya və internet vasitəsilə yayımlanıb.

“Dostluq üçün futbol” proqramının final mərasimi bu il Moskvada: idman, humanitar və təhsil proqramları üzrə dünyanın bütün ölkələrindən olan uşaqları birləşdirən beynəxlaq dostluq düşərgələri; müxtəlif xalqlardan, müxtəlif cinsdən və fikizi imkanlara sahib gənc idmançılar futbol üzrə ilk dünya çempionatının; proqramın gənc səfirləri, dünya futbolunun ulduzları, Rusiyanın və əcnəbi ictimai xadimlər, dünyanın aparıcı KİV-inin jurnalistlərinin iştirakı ilə beynəlxalq uşaq futbolu forumu təşkil ediləcək.

“Dostluq üçün futbol” proqramının əsas hissəsi ekoloji missiyaya həsr olunub. Belə ki, 2018-ci ildə Dostluq üçün Beynəlxalq Futbol Yığması planetin ən nadir və nəsli kəsilməkdə ola heyvanlarının şərəfinə adlandırlıb.

“Dostluq üçün futbol” proqramını FİFA, UEFA, Beynəlxalq Olimpiya Komitəsi, müxtəlif ölkələrin futbol federasiyaları, beynəlxalq uşaq xeyriyyəçilik fondları, məşhur futbolçular və dünyanın aparıcı futbol klubları dəstəkləyir.

“Dostluq üçün futbol” Beynəlxalq Uşaq Sosial proqramının altıncı mövsümü rəsmi olaraq açılıb. Bu il 211 ölkə və region bu tədbiri dəstəkləyir. Tarixdə ilk dəfə olaraq dünyanın futbol oynanılan bütün ölkələrindən olan idmançılar qarşılaşıb. Bu, çox vacib məqamdır. Bugünkü gündə dünyanın bütün ölkələri bərabərlik və bir-birinə hörmət prinsipi əsasında birləşir. “Dostluq üçün futbol” bu imkanı hər kəsə bəxş edir”,  – “Qazprom”un Direktorlar Şurasının sədri Viktor Zubkov bildirib.

“Şadıq ki, FİFA-nın rəsmi tərəfdaşı “Qazprom”un unikal təşəbbüsünü dəstəkləyirik. Bu forum –futbolun müxtəlif mənsubiyyətə sahib qızlar və oğlanlar üçün açdığı imkanlar çox gözəl nümunədir. FİFA-nın missiyası da bu cür təşəbbüsləri fəal surətdə dəstəkləməkdir”, - FİFA-nın baş katibi Fatma Samura qeyd edib.

“Dostluq üçün futbol” Beynəlxalq uşaq Sosial proqramınında iştirak etməklə dünyadan bir çox insanlarla dostlaşaraq bərabərlik və ədalət kimi dəyərlərlə bağlı daha çox məlumat əldə edəcəksiniz. Bu dəyərlər FİFA üçün çox vacibdir. Final mərasimi Moskvada FİFA 2018 Futbol üzrə Dünya Çempionatı zamanı baş tutacaq. Ümudvaram sizləri orada görəcəyəm və hər birinizə uğurlar arzu edirəm”, - Marko Van Basten bildirib.

“Siz nəyisə arulayanda, məqsədiniz olanda – buna nail olmaq üçün əlinizdən gələni edirsiniz. Əlbəttə ki, bu, fədakarlıq tələb edir. Buna görə də bir çox şeyləri qurban verməli olursunuz. Lakin məqsədə nail olmaq – bu, insanın həyatdında baş verən ən gözəl haldır. Bu, mənimlə də baş verdi. Düşünürəm ki, “Dostluq üçün Futbol” kimi layihələr hər kəsə öz məqsəllərinə çatmağa imkanı verir. Hər birinizə uğurlar arzu eduirəm”, - gənc iştirakçılara Adelina Sotnikova müraciət edir. 

“Xoşbəxtəm ki, müxtəlif ölkələrdən daha çox uşaqlar “Dostluq üçün futbol”a qoşulur. Bu proqram dünyanın bir çox ölkələrindən həmyaşıdlarımla dostlaşmağa imkan verdi. Bərabərlik, Sülh və Dostluq – həmyaşıdlarımız və böyüklərlə danışdığımız ən başlıca dəyərlərdir. Həqiqətən də dünyanı yaxşılığa doğru dəyişə bilərik. Buna çox inanıram”, - “Dostluq üçün futbol” proqramının gənc səfiri Manuel Pinola Silveyra (Uruqvay, 12 yaş) söyləyib.

Qeyd edək ki, Qazprom” İSC-nin himayədarlığı ilə “Dostluq üçün futbol” Beynəlxalq Uşaq Sosial proqramı 2013-cü ildən keçirilir. Forumun iştirakçıları səkkiz dəyəri: dostluq, bərabərlik, ədalət, sağlamlıq, əmin-amanlıq, sədaqət, qələbə, adət-ənənə və dürüstlüyü təbliğ edir. Proqramda gənc futbolçular (qızlar və oğlanlar, hətta fiziki qüsurlu gənclər), “Dostluq üçün futbol” Uşaq Mətbuat Mərkəzi çərçivəsində gənc jurnalistlər iştirak edir. Son 5 il ərzində proqramda 3,7 mindən çox uşaq iştirak edib.

Açıq püşkatma zamanı dostluğun 32 beynəlxalq komandası formalaşdırılıb. Burada hər ölkədən olan gənc futbolçu üçün oyun ampluası da (qapıçı, müdafiəçi, yarımmüdafiəçi və ya hücumçu) təyin edilib. Gənc futbolçuların rolu təyin edildikdən sonra onların məşqçiləri aşağıdakı kimi seçilib: 19 ölkədən olan gənc məşqçilər təsadüfi seçmə yolu ilə, 11 məşqçi – FİFA 2018 Dünya Çempionatının keçiriləcəyi şəhərlərdən, 2 gənc məşqçi isə “Dostluq üçün futbol” proqramının ötənilki iştirakçıları təyin edilib.

Püşkatma zamanı Azərbaycan nümayəndəsi qarşıdakı turnirdə qapıçı kimi çıxış edəcək. Onunla birgə komanda da Kosta-Rika, Qırğızıstan, Sent-Lüsiya və Laosdan olan futbolçular oynayacaq. Ölkəmizi təmsil edəcək gənc futbolçunun  adı daha sonra açıqlanacaq.

Qeyd edək ki, 1news.az “Dostluq üçün futbol” layihəsinin informasiya tərəfdaşıdır.

Tərcümə: S.Xankişiyeva

 

 

Paylaş:
1583

Son xəbərlər

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib - YENİLƏNİBBu gün, 18:02Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİBBu gün, 17:40İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər