Dünyada COVID-19-la bağlı növbəti həyəcan siqnalı: yumşaltmalar yeni yoluxmalara səbəb oldu | 1news.az | Xəbərlər
Dünya

Dünyada COVID-19-la bağlı növbəti həyəcan siqnalı: yumşaltmalar yeni yoluxmalara səbəb oldu

12:17 - 24 / 06 / 2020
Dünyada COVID-19-la bağlı növbəti həyəcan siqnalı: yumşaltmalar yeni yoluxmalara səbəb oldu

Mart ayından başlayaraq koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar dünya ölkələri sərt karantin rejiminə keçdi.

May ayından etibarən isə çox ölkələr karantin rejimini yumşaltmağa başladı. Bu da virusa yoluxanların sayının kəskin artmasına səbəb oldu.

Türkiyənin Karabük vilayətinin ən böyük yaşayış yeri olan Cumayanı bölgəsi pandemiya dövrü ərzində ikinci dəfə karantinə alınıb.

COVID-19-a yoluxma hallarının yenidən artması səbəbindən bölgəyə giriş-çıxışlar qadağan olunub.

Ümumi əhali sayı beş min nəfər olan bölgədə mindən çox yoluxma faktı qeydə alınıb. Ölkədə yumşalma tədbirlərinin başladığı son bir ay ərzində bu bölgədə COVID-19-a yoluxanların sayının dəfələrlə artdığı müşahidə olunub.

Xatırladaq ki, bu həftəsonu Türkiyə ərazisində növbəti dəfə komendant saatının elan ediləcəyi gözlənilir.

İran rəsmiləri ölkədə karantin rejiminin yenidən sərtləşdirilməsinin zərurət olduğunu bildirirlər

İranda koronavirusun yayılması və ölüm hallarının artması davam edir. Son 24 saat ərzində 2445 nəfər virusa yoluxub, 121 nəfər vəfat edib.

Bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lari keçirdiyi gündəlik mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, İranda yoluxanların ümumi sayı 209 min 970-ə, ölənlərin sayə isə 9863-ə yüksəlib. Xüsusi xəstəxanalarda müalicə alan 169 min 160 nəfər isə sağalaraq evə buraxılıb. İntensiv terapiyada yatan 2864 xəstənin vəziyyəti ağır olaraq qalır.

İranda vəziyyətin belə ağır olmasını mütəxəssislər karantin tədbirlərinin vaxtından əvvəl yumşaldılması ilə əlaqələndirir və qeyd edirlər ki, infeksiyanın yayılmasının ikinci dalğası başlayıb. İran rəsmiləri karantin tədbirlərinin yenidən sərtləşdirilməsinin zərurət olduğunu bildiriblər.

“Əl-Cəzirə”: Amerikalıların tibbi maska taxmağa və sosial məsafə saxlamağa laqeyd yanaşmaları səbəbindən ölkədə COVID-19 sürətlə yayılır

ABŞ xəstəxanalarında koronavirus infeksiyasına yoluxan xəstələrin sayı sürətlə artmaqdadır. Son günlərdə ABŞ-da COVID-19-a gündəlik olaraq 26 mindən çox yeni yoluxma faktı qeydə alınıb.

“Əl-Cəzirə” telekanalı bildirir ki, ABŞ-ın cənub və qərb ştatlarında son günlərdə yeni növ koronavirus infeksiyasına yoluxma hallarının artımı ilə bağlı həyəcan yaşanmaqdadır. Son zamanlar COVID-19 virusuna nəzarətin güclənməsinə və virusa qarşı mübarizədə əldə olunan irəliləyişlərə baxmayaraq, bir çox amerikalıların tibbi maska taxmaq və sosial məsafə saxlamağa laqeyd yanaşdıqları səbəbindən xəstəliyin miqyası genişlənir.

COVID-19 infeksiyası ilə bağlı həyata keçirilən məhdudiyyətlərin son bir ay yarım ərzində yumşaldılması virusun yenidən sürətlə yayılmasına səbəb olub, beləliklə də təkcə Florida ştatında infeksiyaya yoluxmuş xəstələrin sayı 100 mini ötüb keçib. ABŞ-ın digər ştatlarında da koronavirus infeksiyasına yoluxmada kəskin artım müşahidə edilib.

 “Virusa yoluxanların sayı sürətlə artır. Çox güman ki, biz bunun nəticəsində daha çox ölüm faktı ilə üzləşəcəyik”, - deyə Hyuston metodist xəstəxanasının baş direktoru Mark Bum bildirib. O, ABŞ-ın milli bayramı olan hərbçilərin xatirə günündən bu günədək COVID-19-a yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən insanların sayının üç dəfə artdığını qeyd edib.

Mark Bum növbəti üç həftə ərzində xəstəxanaların tam dolacağını proqnozlaşdırıb və vətəndaşlara müraciət edərək hamını tibbi maskalardan istifadə etməyə və sosial məsafə saxlamağa çağırıb.

Texas, Alabama, Florida və Cənubi Karolina ştatları daxil olmaqla bir sıra ştatların qubernatorları da bütün vətəndaşların tibbi maska taxmaq qaydasına riayət etməsinin vacibliyini vurğulayıblar.

Qeyd edilir ki, Merilend ştatının paytaxtı yaxınlığında yerləşən Fort Vaşinqton Tibb Mərkəzində boş çarpayılar tapmaq müşkül məsələyə çevrilib. Bu, ağır xəstələrin ailə üzvləri üçün heç də ürəkaçan mənzərə deyil və onlar koronavirus təhlükəsinin gerçək olduğuna inanmayan çoxsaylı amerikalılarla bağlı öz məyusluqlarını bildirirlər.

Tənəffüs orqanları üzrə terapevt Kevin Kol qeyd edib ki, indi hamı çimərliklərə can atır və virusun sadəcə bitdiyini düşünürlər. Amma bu, belə deyil, virus yox olmayıb. Bu, hələ son deyil və təəssüflər olsun ki, bu pandemiyanın davam etməsinə səbəb olanlar da məhz həmin insanlar olacaqlar.

“Guardian”: Avstraliyalılar COVID-19-un ikinci dalğasını gözləyirlər

“Guardian” qəzetinin avstraliyalılar arasında keçirdiyi sorğunun nəticələrinə görə, onlar COVID-19 pandemiyasının ikinci dalğasını gözləyirlər. Sorğu iştirakçılarının yalnız 13 faizi bu ehtimalın olmayacağına inandığını bildirib.

Sorğuya əsasən, avstraliyalılar normal həyata tezliklə qayıdacaqlarına inanmırlar. Onların işsizlik barədə də rəyləri ürəkaçan deyil. Respondentlərin 70 faizi işsizliklə bağlı vəziyyətin düzəlməsi üçün bir il vaxt lazım olacağı qənaətindədir. Avstraliyanın Statistika Bürosu aprel-may aylarında 227 min insanın iş yerlərini itirdiyi barədə məlumat yayıb.

Qəzet yazır ki, COVID-19 xəstələrinin sayında artım Viktoriya ştatında tətbiq edilən fövqəladə halın yenidən və ən azı 4 həftə uzadılmasına səbəb olub. Baş Nazir qeyd edib ki, əgər dövlətlər qadağaları aradan qaldırsalar yoluxma sayında artım davam edəcək.

 

Venesuelada koronavirusla mübarizə məqsədilə ölkənin 24 ştatından 10-da karantin gücləndirilib

Venesuela Prezidenti Nikolas Maduro ölkənin böyük şəhərlərində koronavirus infeksiyasının “təhlükəli həddə çatması” haqqında xəbərdarlıq edib. Prezident bu haqda ölkədə yoluxma hallarının sayı 4000-i aşandan sonra bəyanat verib.

Nikolas Maduronun sözlərinə görə, koronavirusun bu qədər geniş yayılması venesuelalıların qonşu Kolumbiya və Braziliyadan qayıtması ilə bağlıdır. Koronavirus pandemiyası başlanandan bəri 70.000-dən çox venesuelalı öz ölkəsinə qayıdıb. Buna görə N.Maduro əhalini COVID-19 ilə mübarizə üçün önləyici karantinə riayət etməyə çağırıb. Yoluxanlar arasında gənclər də çoxdur.

Bazar ertəsi Venesuela yeni tipli koronavirusun yayılmasına qarşı mübarizə məqsədilə ölkənin 24 ştatından 10-da, o cümlədən paytaxt Karakasın ən böyük dairəsi olan Libertador bələdiyyəsində tətbiq edilmiş karantin rejimini gücləndirib. Supermarketlər, apteklər gündə cəmi bir neçə saat işləyir.

Ölkədə daxili və beynəlxalq nəqliyyat əlaqəsi məhdudlaşdırılıb.

Qeyd edək ki, Venesuelada koronavirusa yoluxanların sayı 4048 nəfərə, bu səbəbdən ölənlərin sayı 35 nəfərə çatıb.

Ukrayna hökuməti hesab edir ki, ölkədə COVID-19 xəstələrinin sayının kəskin artmasına səbəb məhdudiyyətlərin yumşaldılmasıdır

Aprelin 20-dən bu günə qədər Ukraynada aktiv COVID-19 xəstələrinin sayı 386 faiz artaraq 20.083 nəfərə çatıb.

bu fakt Ukrayna İctimai Sağlamlıq Mərkəzi tərəfindən elan edilib.

Orta hesabla əhalinin hər 100 min nəfərinə 48 xəstə düşür. Bu, nisbətən yüksək göstəricidir. Xəstələnməsi təsdiq edilmiş aktiv xəstələrin sayının gündəlik artımı əvvəlki ilə müqayisədə 4,1 faiz yuxarı olub. Xəstələnənlər arasında qadınlar 57,6 faiz, 30-69 yaşlı insanlar 72,5 faiz təşkil edir.

İyunun 23-ü üçün olan məlumata görə, Ukraynada laboratoriya tədqiqatları ilə təsdiq edilmiş 38.074 nəfər COVID-19 xəstəsi var. Onlardan 833 nəfəri son gün ərzində aşkar edilib. Sağalanların sayı artaraq 16.956 nəfərə çatıb (44,5 faiz), 1.035 nəfər ölüb (2,7 faiz).

Qeyd edək ki, Ukraynada son 2 həftədə koronaviruslu xəstələrin nisbətən böyük birgünlük artımı müşahidə olunur. Ukrayna hökuməti, o cümlədən Səhiyyə Nazirliyi hesab edir ki, bu artımın əsas səbəbi karantin məhdudiyyətlərinin zəiflədilməsi və əhalinin müəyyən edilmiş qaydalara riayət etməməsidir.

AZƏRTAC

S.Xankişiyeva

Paylaş:
826

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər