Eldar Sultanov: Aysel Ələkbərzadə feminist hərəkatının qurbanıdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Eldar Sultanov: Aysel Ələkbərzadə feminist hərəkatının qurbanıdır

18:57 - 10 / 03 / 2020
Eldar Sultanov: Aysel Ələkbərzadə feminist hərəkatının qurbanıdır

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov 1news.az saytına açıqlamasında bildirib ki, istintaq əsas fərziyyə kimi Aysel Ələkbərzadənin feminist hərəkatının ayrı-ayrı üzvləri  tərəfindən qanunsuz aksiyanın qurbanına çevrilməsi istiqamətində aparılır.

Cinayət işi üzrə feministlərin fəalları Aslan Həmidli, Nurlan Cəfərov (Nurlan Libre təxəllüslü), Yusif İsayev dindiriliblər.

Aysel Ələkbərzadənin aksiya zamanı istifadə etdiyi provokasiya xarakterli şüarın kimlərin təşəbbüsü ilə hazırlanması, ona təqdim olunması və aksiyada nümayiş etdirilməsi xüsusatları araşdırılır və qanunazidd hərəkətlərə yol vermiş şəxslər barəsində ciddi tədbirlər görüləcəkdir.

Aksiyanın təşkilatçıları, fəalları, eləcə də Rəbiyyə Məmmədova, Nərmin Şahmarzadə, Xədicə İsmayıl və digər şəxslərin dindirilməsi təmin olunacaqdır.

1news.az

Paylaş:
1275

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər