Elməddin Əliyev: Ürək-damar xəstəliklərinin müalicəsində mühüm nailiyyətlər əldə edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Elməddin Əliyev: Ürək-damar xəstəliklərinin müalicəsində mühüm nailiyyətlər əldə edilib

11:48 - 18 / 09 / 2020
Elməddin Əliyev: Ürək-damar xəstəliklərinin müalicəsində mühüm nailiyyətlər əldə edilib

Bütün dünyada ürək-damar xəstəliklərinin artması müşahidə olunur. Xüsusilə dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində ən çox ölümə və əlilliyə səbəb olan xəstəliklər məhz ürək-damar xəstəlikləridir.

Bəs özümüzü bu xəstəlikdən necə qorumalıyıq? Ürək-damar xəstəlikləri aşkar edildikdə nə etmək lazımdır? Bu və digər sualları “Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının  uzman ürək cərrahı Elməddin Əliyev cavablandırıb:

“Son illər bütün dünyada həmçinin, ölkəmizdə ürək xəstəlikləri sürətlə artır və cavanlaşır. Hazırda uşaqlardan böyüklərə qədər həm genetik olmaqla, həm də qazanılmış ürək xəstəlikləri çoxalmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ürək-damar xəstəlikləri dünyada baş verən ölüm hadisələrinin 10 səbəbindən birincisidir. Belə ki, bütün ölüm hadisələrinin 21,9%-i məhz ürək-damar xəstəlikləri səbəbindən baş verir”.

Müasir tibbin sürətlə inkişaf etdiyini deyən E.Əliyevin sözlərinə görə, həkimə müraciət etməklə, zamanında xəstəliyi aradan qaldırmaq mümkündür:

“Müasir tibb sürətlə inkişaf edir. Ürək-damar xəstəliklərinin müalicəsində mühüm nailiyyətlər əldə edilib. Həkimə müraciət etməklə, zamanında xəstəliyi aradan qaldırmaq mümkündür. Ürək-damar xəstəlikləri həm dərman terapiyası, həm də cərrahi müdaxilə yolu ilə müalicə olunur”.

Dr E.Əliyev bu xəstəliklərin müalicəsini asanlaşdırmaq və ya qarşısını almağın yolları barədə tövsiyələrini bildirdi:

“İlk öncə ürək xəstəliklərin yaranma səbəblərini nəzərdən keçirək. Həyat tərzi, hərəkətsizlik, stress, qeyri-sağlam qidalanma burada əsas yeri tutur. Göründüyü kimi, bütün bunları aradan qaldırmaq və müalicə yolu ilə bu xəstəliklərdən sağalmaq mümkündür. Ürək-damar xəstəlikləri aşkar edildikdə ilk növbədə, fiziki aktivliyi artırmaqla, hərəkət etməklə özünüz sağlamlığınızı qorumuş olarsınız.

Məsələn, oturaq həyat tərzi keçirən insanlar, günlərini masa və kompüter arxasında keçirən ofis işçiləri heç olmazsa işdən sonra bir neçə saat hərəkət etməlidir. Həftəsonu isə mümkün qədər çox gəzmək, idmanla məşğul olmaq, açıq havada olmaq məsləhətdir. Ürək-damar xəstəliklərinin əsas səbəblərindən biri də arterial təzyiqin normada olmamasıdır. Əgər siz yüksək təzyiqdən əziyyət çəkirsinizsə, bu xəstəliyi idarə edə bilərsiniz.

Təzyiqiniz çox yüksəkdirsə, mütləq həkimə müraciət edib müalicə almalısınız. Bununla yanaşı, sağlam qidalanmaya keçmək məsləhətdir. Duzlu, yağlı, qızardılmış qidalardan uzaq olmaq lazımdır. Qidalanma ilə əlaqədar xolesterolunuz yüksəkdirsə, bunu pəhriz ilə həll etmək mümkündür.

E.Əliyevin sözlərinə görə, ürək-damar xəstəliklərindən qorunmağın yollarından biri də stressdən uzaq olmaqdır:

“Məlumdur ki, bir çox ağır xəstəliklərin ilkin səbəbi stressdir. Stress bir çox xəstəlikdə olduğu kimi, ürək xəstəliklərində də əsas risk faktorudur.Bəzən insanlar siqaretin və alkoqollu, enerjili içkilərin zərərini bilsə də, bunu ağır xəstəliklərin səbəbi hesab etmirlər. Bu, səhv fikirdir. Alkoqolu və siqareti qəbul etməyi dayandırmaqla, ağır xəstəliklərdən qorunmuş olarsınız”.

1news.az

Paylaş:
774

Son xəbərlər

Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04Sevinc Fətəliyeva: Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir18 / 04 / 2024, 21:30Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52
Bütün xəbərlər