1news.az

Erməni təxribatı və informasiya təhlükəsizliyi - “Çıxışa doğru”-da MÜZAKİRƏ - FOTO+VİDEO

22 Sentyabr saat 20:00 ~ 1 dəqiqəlik oxu 2220
Erməni təxribatı və informasiya təhlükəsizliyi - “Çıxışa doğru”-da MÜZAKİRƏ - FOTO+VİDEO

İşğalçı Ermənistan müxtəlif istiqamətlərdə yeni siyasi-diplomatik və informativ təxribatlara əl atmağa başlayıb.

Onlar müxtəlif regional və beynəlxalq təşkilatlara yalan informasiyalar ötürməklə Azərbaycanı ittiham etməyə çalışır. Lakin heç bir dövlət və beynəlxalq təşkilatlardan arzu etdiyi münasibəti görə bilmir. Hətta ən çox ümid etdiyi və elə ən çox da münaqişəyə tərəf kimi cəlb etmək istədiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı belə Ermənistanın çağırışı ilə heç  formal toplantı belə keçirmək niyyətində deyil. Ermənistan informasiya təxribatı etməklə Azərbaycanın informasiya məkanına müdaxilə etməyə çalışır, ölkəmizdə olan ictimai həmrəyliyi pozmağa cəhd göstərir.

1news.az-ın məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Erməni təxribatı və informasiya təhlükəsizliyi” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Milli məclisin deputatı Fazil Mustafa, filologiya elmləri doktoru, media üzrə ekspert Vüqar Zifəroglu, xalq artisti Ramiz Novruz, "İnformasiya Təşəbbüslərinə Dəstək" İB-nin sədri Cəsarət Hüseynzadə mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net