“EYOF Bakı 2019”: Bu gün 7 idman növü üzrə növbəti yarışlar keçiriləcək | 1news.az | Xəbərlər
İdman

“EYOF Bakı 2019”: Bu gün 7 idman növü üzrə növbəti yarışlar keçiriləcək

10:41 - 22 / 07 / 2019
“EYOF Bakı 2019”: Bu gün 7 idman növü üzrə növbəti yarışlar keçiriləcək

Bu gün "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində növbəti yarışlar keçiriləcək.

1news.az-ın məlumatına görə, ikinci yarış günündə üzgüçülər, atletlər və güləşçilər medal uğrunda mübarizə aparacaqlar. Ümumilikdə isə 10 dəst medal sahibini tapacaq.

Həmçinin yarışların ikinci günü tennis, basketbol, voleybol və həndbol yığmaları ilk görüşlərini keçirəcəklər.

İkinci günün proqramını təqdim edirik:

Atletika

09:20. Qızlar, nüvə itələmə, təsnifat

Günel Hüseynova

10:02. Qızlar, 800 m, I mərhələ

Günel Manafova

10:26. Qızlar, 100 m, I mərhələ

Fəxriyyə Tağızadə

10:56. Oğlanlar, 100 m, I mərhələ

Aleksey Ələkbərov

19:02. Qızlar, 400 m, I mərhələ

Nika Məmmədova

19:20. Oğlanlar, Uzunluğa tullanma, təsnifat

Məmmədağa Məmmədov

Basketbol

Oğlanlar, qrup mərhələsi, I tur

18:15. Serbiya - Azərbaycan

Həndbol

Qızlar, qrup mərhələsi, I tur

14:30. İsveçrə - Azərbaycan

Oğlanlar, qrup mərhələsi, I tur

20:30. Almaniya - Azərbaycan

Üzgüçülük

09:00. Qızlar, 100 m, sərbəst üsulla, təsnifat

Şeyxəlizadə Xanqan

09:15. Oğlanlar, 400 m, sərbəst üsulla, təsnifat

Rəşad Əliquliyev

09:55. Oğlanlar, 100, brass, təsnifat

Əliyar Cahangirbəyov

Tennis

09:00. Oğlanlar, 1/32 final

Kənan Qasımov - Alessio Basile (Belçika)

09:00. Qızlar, 1/32 final

Alina Hüseynova - Jülyet Bovi (Belçika)

14:30. Qızlar, cütlər, 1/16 final

Polina Drobiçeva/Alina Hüseynova - Karolina Qomes/Rakel Qonzales (İspaniya)

14:30. Oğlanlar, cütlər, 1/16 final

Kənan Qasımov/Tamerlan Əzizov - Daniel İvanov/ Tyaqo Pereyra (Portuqaliya)

Voleybol

Oğlanlar, qrup mərhələsi, I tur

18:00. Almaniya - Azərbaycan

Güləş

10:30. Sərbəst güləş

48 kq, 1/8 final

Mircavad Nəbiyev - Maqomedamin Bekbulatov (Rusiya)

60 kq, 1/8 final

Sabir Cəfərov - Marsel Deli (Macarıstan)

10:30. Yunan-Roma güləşi

48 kq, 1/8 final

Qurban Qurbanov - Kaçper Karaskieviç (Polşa)

60 kq, 1/8 final

Həsrət Cəfərov - Donatas Rindeikis (Litva)

10:30. Qadın güləşi

46 kq, 1/8 final

Gültəkin Şirinova - Jutta Ala-Ranta (Finlandiya)

49 kq, 1/4 final

Lalə Mirzəyeva - Mihaela Samoil (Moldova)

61 kq, 1/8 final

Mərziyə Sadıqova - Manola Skobelska (Ukrayna)

Qeyd edək ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.

Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edəcək. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayacaqlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.

Festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək.

XV Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar.

1news.az

Paylaş:
1084

Son xəbərlər

Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİBBu gün, 17:40İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər