Gəncədə xüsusi karantin rejimi ilə əlaqədar olaraq maarifləndirmə işləri davam edir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə xüsusi karantin rejimi ilə əlaqədar olaraq maarifləndirmə işləri davam edir – FOTO

20:30 - 27 / 05 / 2020
Gəncədə xüsusi karantin rejimi ilə əlaqədar olaraq maarifləndirmə işləri davam edir – FOTO

Gəncədə xüsusi karantin rejiminin yumşaldılmasına baxmayaraq əhali arasında maarifləndirmə işləri davam etməkdədir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının tapşırığına uyğun olaraq yaradılan mobil qrup üzvləri Nizami və Kəpəz rayon ərazilərində fəaliyyət göstərən bir sıra ticarət və iaşə obyektlərinə reyd ediblər.

Reyd zamanı sahibkarlara karantin rejiminin yumşaldılmasından sonra belə Operativ Qərargahın tələb və tövsiyyələrinə əməl edilməsinin önəmi bir daha vurğulanıb. Bildirilib ki, xidmət sahələrinin işçiləri karantin rejiminə uyğun olaraq  tibbi maska və əlcəkdən istifadəsi mütləqdir. Mobil qrup üzvləri sahibkarlara şəxsi qiqiyena ilə yanaşı işlədikləri xidmət sahələrinin də təmiz saxlanılmasını və dezinfeksiyaedici məhlullardan istifadə etmələrini xatırladıblar.

Eyni zamanda mobil qrup üzvəri sakinlər arasında da profilaktik söhbətlər aparıblar, vətəndaşları məsuliyyətli olmağa və qaydalara əməl etməyə çağırıblar. Söhbət əsnasında Bank və ATM-lərin qarşısında sosial məsafənin qorunması, habelə sakinlərin qrup şəklində bir araya toplanmaması məsləhət görülüb. Həmçinin, sakinlərə tibbi maskalara paylanılıb.

Qeyd edək ki, qaydalara riayət edilməsi ictimai iaşə obyektlərinin rəhbər şəxsləri və əməkdaşlarının, eyni zamanda xidmətlərdən istifadə edən müştərilərin birbaşa öhdəliyidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.  

Xatırladaq ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.

1news.az

 

Paylaş:
695

Son xəbərlər

Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54
Bütün xəbərlər