Ceyhun Bayramov: Azərbaycan-Türkiyə münasibətləri dünya səviyyəsində bənzəri olmayan münasibətlərdir | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov: Azərbaycan-Türkiyə münasibətləri dünya səviyyəsində bənzəri olmayan münasibətlərdir

Qafar Ağayev14:34 - Bu gün
Ceyhun Bayramov: Azərbaycan-Türkiyə münasibətləri dünya səviyyəsində bənzəri olmayan münasibətlərdir

“Azərbaycan-Türkiyə münasibətləri dünya səviyyəsində bənzəri olmayan münasibətlərdir”.

1news.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat üçün brifinqdə deyib.

“Ümumilikdə Azərbaycan-Türkiyə münasibətləri dünya səviyyəsində bənzəri olmayan münasibətlərdir. İki ölkə liderinin baxışlarını əks etdirən Şuşa Bəyannaməsində həyatın və ölkələrin inkişafı üçün elə bir sahə yoxdur ki, xüsusi olaraq qeyd edilməsin.

Təkcə 2025-ci il və 2026-cı ilin ilk səkkiz ayına nəzər salsaq, Azərbaycan və Türkiyə prezidentlərinin qarşılıqlı olaraq ümumilikdə səkkiz səfəri baş tutub. Bu, münasibətlərimizin ali səviyyədə olmasının bariz nümunəsidir.

Hakan bəyin Azərbaycana səfərinin Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinin 108-ci ildönümünə təsadüf etməsinin də xüsusi rəmzi mənası var. Biz bütün qəhrəmanların xatirəsini böyük minnətdarlıq hissi ilə yad edirik”.

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər