Girl Power: Azərbaycan qadınlarının ruhlanıdırcı uğur hekayələri – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Girl Power: Azərbaycan qadınlarının ruhlanıdırcı uğur hekayələri – FOTO

14:22 - 07 / 03 / 2019
Girl Power: Azərbaycan qadınlarının ruhlanıdırcı uğur hekayələri – FOTO

Gender bərabərliyi və qadınların imkanlarının genişləndirilməsi – Avropa İttifaqının (Aİ) tərəfdaş-ölkələrlə, həmçinin Azərbaycanla əməkdaşlığının ayrılmaz hissəsidir.

Bu istiqamətdə müxtəlif peşələrdən – təhsil və gənclər siyasətindən tutmuş, kənd təsərrüfatı və kiçik biznesin inkişafına qədər olan qadınlara dəstək məqsədilə çoxsaylı layihələr həyata keçirilir.

Azərbaycanın regionlarında Avropa xətti ilə maliyyələşən əksər layihələrin qadınların iqtisadi müstəqilliyinə və kiçik sahibkarlığın inkişafına yönəldiyi halda, paytaxtda qadınların potensialının inkişafını nəzərdə tutan layihələrin çoxu ixtisaslaşdırılmış peşəkar sahələrini əhatə edir.

Mövzu ilə bağlı:

Gövhər Xanhüseynovanın şirniyyat evi: hər şey öz gücünə inanmaqdan başlayır – FOTO

Aytəkin Sadıqovanın arıçılığı: ailə ənənəsinin davamı – FOTO

Ölkənin parlaq gələcəyi – qızların təhsilindədir

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihələrdən biri də – “Şərq Tərəfdaşlığı” ölkələrinin Vətəndaş cəmiyyəti üçün təqaüd proqramıdır. Proqram vətəndaş cəmiyyəti fəallarına ölkələrinin inkişafına öz töhfələrini gücləndirməkdə dəstək verir.

Azərbaycanda sosial sahə üzrə mütəxxəsis Lamiyə Rzayeva ötən il layihənin ən parlaq iştirakçılarından oldu. Azərbaycanda Sosial İşlər üzrə İctimai Birliyinin (ASWPU) sədri kimi o, həssas mövzuları işıqlandırarkən etik standartlarla bağlı KİV-lərin məlumatlandırılması üçün layihə təklif etdi.

“Çox vaxt kütləvi informasiya vasitələri (KİV) zorlanma və cinayətlərlə bağlı məlumat dərc edərkən, zərərçəkmişin şəxsiyyətini tamamilə açıqlayır, onu hər kəsə tanıtdırır. Bu da zərərçəkmiş şəxsə daha bir zərbə vurur. Bəzən isə, məhkəmənin hökmü olmadan kimisə cinayətkar adlandırırlar”, – layihələrin inkişafı və həyata keçirilməsi üzrə lisenziyalı beynəlxalq trener Lamiyə Rzayeva deyib. 

“Həmçinin erkən nikah, boşanma prosesi, məişət zorakılığı kimi sosial problemlərlə bağlı mövzuları elə məşhur şəxslər şərh edir ki, onların bu sahədə kifayət qədər səriştəsi yoxdur”, – deyə o, sözlərinə əlavə edib. 

“Sosial məsələlər üzrə medianın məlumatlılığının artırılması” (RAMSI) layihəsi çərçivəsində vəziyyətin yaxşılaşdırıması məqsədilə Lamiyə və onun köməkçiləri 20-dən çox KİV nümayəndəsi və ali məktəblərin jurnalistika fakültəsinin müəllimləri üçün üç günlük seminar keçib.

Həmçinin vətəndaş cəmiyyəti ilə KİV-in əməkdaşlığının genişləndirilməsi imkanlarının müzakirəsi üzrə üç dəyirmi masa keçirildi. Müzakirələrə dövlət qurumlarının nümayəndələri də cəlb olunub. Lamiyə YMCA Europe təşkilatının Brüssel ofisinə tanışlıq səfəri məqsədilə gedən iştirakçılardan biridir. Təşkilat psixiki sağlamlıqla bağlı layihələrlə məşğuldur.

Lamiyə Aİ-nin dəstəyilə əldə etdiyi bilik, bacarıq və təcrübələrini bu gün yeni işində tətbiq edir. O, bu ilin yanvarından etibarən Azərbaycanın Gənclər Assosiasiyasının sədridir.

“Gənclərlə iş məni ruhlandıraraq, irəliyə, yeni ideyalara və layihələrə aparır”, - bunu BMT-nin Azərbaycandakı Gənclər üzrə Məsləhət Şurasının üzv olan Lamiyə deyir.

Hazırda Lamiyə ölkənin kənd regionlarında gənclərin inkişaf rolu üzrə layihələr keçirir. Və gələcəkdə özünü dövlət qurumunda və ya parlamentdə sosial inkişaf üzrə mütəxxəsis kimi sınayacağını da istisna etmir.

Ölkənin uğurlu inkişafı – qızların təhsilindədir, deyə Lamiyə əminliyini bildirir: “Arzu edirəm ki, mənim ailəmdə olduğu kimi, Azərbaycanda hər bir qız təhsil və inkişafla bağlı bütün xoş niyyətlərində ailəsi tərəfindən dəstəyi hiss etsin”.

Müəllimin təkmilləşməsi üçün heç bir sərhəd yoxdur

Bakıdan olan ingilis dili müəlliməsi Natəvan Bədəlova – eTwinningPlus Avropa təhsil proqramının fəal iştirakçılarındandır. Azərbaycan bu proqrama 2013-cü ildən qoşulub.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən bu proqram təcrübə mübadiləsi və vahid onlayn-platforma vasitəsilə ən yaxşı təcrübələr hesabına tərəfdaş-ölkələrin məktəb təhsili sisteminin müasirləşdirilməsinə yönəldilib. Proqramın hər bir iştirakçısı buraya giriş imkanına sahibdir.

Bu platforma Azərbaycandan olan şagirdlərin – nümunə üçün, İspaniya və ya Yunanıstandan olan həmyaşıdları ilə birgə məşğələlər keçməsinə imkan verir. Bu, uşaqların digər xalqların mədəniyyət və adətlərinin, onların həyat şəraitinin öyrənilməsinə daha yaxşı kömək olur.

“Müxtəlif ölkələrdən olan uşaqlar daha aktual və maraqlı olan müəyyən mövzu seçir. Birgə araşdırmalar aparırıq, daha sonra isə uşaqlar öz təqdimatları ilə çıxış edir. Bu zaman uşaqlar digər ölkələrdən olan yoldaşlarına suallar verə, həmçinin onların suallarını cavablandıra bilərlər”, – Natəvan Bədəlova fikirlərinə aydınlıq gətirib. 

“Uşaqlar üçün bu cür canlı interaktiv ünsiyyət çox vacibdir. Onlar ingilis dilində təbii şəkildə ünsiyyət vasitəsilə düşünməyi və xəyal qurmağı öyrənirlər”, – o, sözlərinə əlavə edərək,  layihə çərçivəsində işlək dilin ingilis dili olduğunu bildirir.  

Bu il Natəvanın tədris etdiyi Heydər Əliyev adına liseydə ilk məzun sinifi olacaq. Sinif ilk dəfə olaraq beş il öncə proqrama qoşulub.

Son beş ildə eTwinningPlus proqramına Azərbaycanda 408 məktəb, 996 müəllim qoşulub, 900-dən çox birgə layihələr həyata keçirilib.

eTwinningPlus yalnız şagirdlər üçün deyil, həmçinin müəllimlər üçün də faydalı proqramdır. Müəllimlər beynəlxalq şəbəkə vasitəsilə peşəkar inkişaf kursu keçir, tədris metodlarında yeni bilik və bacarıqlar əldə edir, təlim prosesinə yeni yanaşmaları öyrənir. Bütün bunlar iş prosesindən ayrılmadan mümkündür.

Natəvanın aktiv surətdə istifadə etdiyi yeniliklərdən biri – akademik yanaşmadan tədricən öyrənmə prosesinə keçiddir. Bu zaman diqqət faktların öyrənilməsinə cəmləşir, prosesə yaradıcı yanaşılaraq, uşaqların məlumat əldə edilməsinə motivasiya edir və bundan öz fikirlərini yürütmək imkanı verir.

“Dünya bir yerdə dayanmır, müasir müəllim hər zaman öz üzərində çalışmalıdır, özünü təkmilləşdirməli və zamanla ayaqlaşmalıdır. eTwinningPlus – bu baxımdan yaxşı köməkdir”, - Azərbaycanda proqramın milli səfirlərindən biri Natəvan Bədəlova deyib.

Hər fəth olunmuş zirvə – yeni yolun başlanğıcıdır

Azərbaycan 2016-cı ildən Avropa İttifaqının (Aİ) ölkədə miqrasiya siyasətinin modernləşdirilməsi və inkişafı (MOBILAZE) üzrə dəstək layihəsində iştirak edir. Bütün səylər sərhədlərin idarə edilməsinin təhlükəsizliyinə və insan axını üzrə effektiv nəzarətə yönəldilib.

Layihənin fəaliyyətdə olduğu üç il ərzində bu sahənin mütəxxəsisləri işdə qabaqcıl sistem və mexanizmlərin tətbiq üzrə çoxsaylı seminarlara və treninqlərə cəlb edilib.

Layihənin fəal iştirakçısı Sevinc Məstiyeva Azərbaycan Dövlət Miqrasiya Xidmətini təmsil edir. Bu qurum – layihənin əsas benefisiardır. Sevinc burada son dörd ildə Beynəlxalq Əməkdaşlıq İdarədə çalışıb.

Sevincin işinin əsas mahiyyəti Azərbaycanın beynəlxalq tərəfdaşlarla ikitərəfli və hərtəfəli əməkdaşlığında, müqavilə çərçivələrinin genişlənilməsində, beynəlxalq təcrübənin öyrənilməsindədir.

Layihə üzrə tərəfdaş ölkələrin maarifləndirici treninq və ezamiyyətlərində iştirakının nəticəsi olaraq o, nəinki öz peşəkar biliklərini artırdı, hətta milli və beynəlxalq dərəcəli trener lisensiyasının da ala bildi.

Şəxsiyyəti təsdiqləyən sənədlərin təhlükəsizliyinin təyini, həmçinin saxta sənədlərin üzə çıxarılması – Sevinc Məstiyeva məhz bu mövzularda Azərbaycanın dövlət miqrasiya və sərhəd idarələrində çalışan əməkdaşlara, eləcə də tələbə və bu sahə üzrə yeni mütəxxəsislərə bir sıra təlimlər keçib.

“Layihə çərçivəsində əldə etdiyim bilik və təlimlərdən istifadə edərək ölkəmizdə yaşayan miqrantların hüquq və azadlıqlarının müdafiəsinə, həmçinin Azərbaycanın miqrasiya idarəsinin gələcək inkişaf sisteminə turizmin və investisiyaların cəlb edilməsi nöqteyi-nəzərindən daha əhəmiyyətli töhfələr vermək istərdim”, – Sevinc Məstiyeva deyir.

MOBILAZE layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilərək Beynəlxalq Miqrasiya Siyasətinin İnkişafı Mərkəzi (ICMPD) tərəfindən həyata keçirilir. Aİ-yə üzv yeddi ölkənin – Bolqarıstan, Çexiya, Latviya, Litva, Niderland, Polşa və Slovakiyanın tərəfdaş institutları Azərbaycana ekspert dəstəyi göstərir.

Öz təcrübəsinə söykənən Sevinc Məstiyeva Azərbaycanın bütün qadınlarına peşəkarlıq səviyyələrinin yüksəldilməsi üzərində daim çalışmağı, məqsədyönlü olmağı və heç bir şəraitdə ruhdan düşməməyi tövsiyyə edir.

“Hər fəth olunmuş zirvə – yeni yolun başlanğıcıdır. Bu yol bizi yeni məqsəd və qələbələrə aparacaq”, – deyə o, bildirib.

Mövzu ilə bağlı:

Uğur tarixçələri: Azərbaycan qadınları Avropa İttifaqının dəstəyilə arzularını həyata keçirir – FOTO

Yelena Ostapenko

Bu məqalə EU Neighbours east layihəsi çərçivəsində hazırlanıb.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
3407

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər