Güləşçimiz ermənini məğlub edib Avropa çempionu oldu - VİDEO | 1news.az | Xəbərlər
İdman

Güləşçimiz ermənini məğlub edib Avropa çempionu oldu - VİDEO

10:11 - 24 / 06 / 2019
Güləşçimiz ermənini məğlub edib Avropa çempionu oldu - VİDEO

İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı sona çatıb.

1news.az
-ın Azərbaycan Güləş Federasiyasına istinadən verdiyi xəbərə görə, altıncı yarış günündə 45, 51, 60, 71 və 92 kq-da çıxış edən güləşçilər mübarizəyə qoşulub.

İlk mərhələdə Rusiya güləşçisiylə qarşılaşan Murad Haqverdiyev əzmkar qələbəyə sevinib. 1/4 finalda Moldova təmsilçisini çətinlik çəkmədən üstələyən Haqverdiyev adını yarımfinala yazdırıb. Türkiyə güləşçisiylə görüş gərgin mübarizə şəraitində keçib. Son saniyələrdə uğurlu fəndi icra edən Murad finala vəsiqə qazanıb. Həmyerlimiz iyunun 23-də baş tutan həlledici görüşdə gürcü rəqibinə uduzaraq gümüş medalla kifayətlənib.

Kənan Heybətov ilk mərhələdə Fransa təmsilçisinə aman verməyib. Həmyerlimiz daha sonra Türkiyə güləşçisinə vaxtından əvvəl qalib gəlib. Italiya təmsiçisi də Heybətov qarşısında duruş gətirməyib. Ancaq yarımfinalda ukraynalı rəqibinə bata bilməyib. Bununla belə, Belarus təmsilçisinə ilk hissədə qalib gələn Kənan Avropa üçüncüsü olub.

Sabir Cəfərov debütdə Polşa idmançısı üzərində erkən qələbə qazanıb. Ardınca Belçika nümayəndəsini yolundan kənarlaşdıran yığma üzvü 1/4 finalda alman həmkarına da göz açmağa imkan verməyərək yarımfinala yüksəlib. Rumıniya güləşçisinə də rahat qalib gələn Cəfərov finalda güləşməyə haqq qazanıb. İyunun 23-də prinsipial qarşılaşmaya çıxan Sabir erməni güləşçi üzərində 6:1 hesablı parlaq qələbəylə Avropa çempionu olub!

Məhəmmədəli Əliyev yarışa Polşa idmançısı üzərində inamlı qələbəylə başlayıb. Ancaq 1/8 finalda Rumıniyadan olan rəqibiylə bacarmayıb.

Saqadulla Ağayev ilk mərhələdə mübarizəni dayandırıb. Ancaq rəqib finala yüksəldiyi üçün təmsilçimiz iyunun 23-də təsəlliverici görüşlərə çıxıb. Ağayev əvvəlcə yunan həmkarına vaxtından əvvəl qalib gəlib. Daha sonra bolqar rəqibinə eyni aqibəti yaşadan Saqadulla bürünc medal qarşılaşmasına vəsiqə qazanıb. Son görüşdə Makedoniya təmsilçisini də rahat üstələyən Ağayev bürünc medalı boynundan asıb.

Beləliklə, sərbəst güləş yığmamız qitə birinciliyini 7 medalla (1 qızıl, 2 gümüş, 4 bürünc) başa vurub.

45 kq
Təsnifat - Murad Haqverdiyev - Anjor Məcidov (RUS) 3:2
1/4 final - Murad Haqverdiyev - Pavel Kolesnik (MDA) 10:0
1/2 final - Murad Haqverdiyev - Tolqa Özbək (TUR) 7:6
FİNAL - Murad Haqverdiyev - Nikolozi Santeladze (GEO) 6:12

51 kq
Təsnifat - Kənan Heybətov - Xamzat Arsamerjoyev (FRA) 4:1
1/8 final - Kənan Heybətov - Ahmet Yucel (TUR) 12:1
1/4 final - Kənan Heybətov - Danni Lubrano (İTA) 10:0
1/2 final - Kənan Heybətov - Mikita Abramov (UKR) 2:5
Bürünc medal görüşü - Kənan Heybətov - İlya Raxozov (BLR) 10:0

60 kq
Təsnifat - Sabir Cəfərov - Tobias Neuşitzer (AUT) 12:0
1/8 final - Sabir Cəfərov - Ayup Musayev (BEL) 6:1
1/4 final - Sabir Cəfərov - Adrian Barnovki (GER) 10:0
1/2 final - Sabir Cəfərov - Aleksandru Matea (ROU) 8:1
FİNAL - Sabir Cəfərov - Genik Asatryan (ARM) 6:1

71 kq
Təsnifat - Məhəmmədəli Əliyev - Kladiuş Şimon Pluçinski (POL) 12:1
1/8 final - Məhəmmədəli Əliyev - Kristian Biro (ROU) 0:8

92 kq
Təsnifat - Saqadulla Ağayev - Lyova Gevorqyan (ARM)
Təsəlliverici görüş - Saqadulla Ağayev - Qkivi Bliatze (GRE) 13:3
Təsəlliverici görüş - Saqadulla Ağayev - Yan Vasilyev Karamfilkov (BUL) 12:1
Bürünc medal görüşü - Saqadulla Ağayev - Recep Haydari (MKD)

1news.az

Paylaş:
947

Son xəbərlər

Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTOBu gün, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilibBu gün, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçiribBu gün, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunurBu gün, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİBBu gün, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16
Bütün xəbərlər