"Qarabağ" Mateuş Koxalskinin gedişini açıqlayıb | 1news.az | Xəbərlər
İdman

"Qarabağ" Mateuş Koxalskinin gedişini açıqlayıb

First News Media14:28 - Bu gün
"Qarabağ" Mateuş Koxalskinin gedişini açıqlayıb

"Qarabağ" polşalı qapıçısı Mateuş Koxalski ilə vidalaşıb.

Klubdan 1news.az-a verilən məlumata görə, "köhlən atlar" Polşanın "Vyeçista" klubunun təklifini və futbolçunun istəyini müsbət cavablandırıb.

Komandalar arasında danışıqlar uğurla yekunlaşıb və qapıçının transferi ilə bağlı razılıq əldə olunub.

2024-cü ilin yayında "Qarabağ"a keçən polşalı qapıçı bu müddətdə 76 oyun keçirib. O, Ağdam təmsilçisi ilə birlikdə Azərbaycan çempionu olub (2024/2025), UEFA Çempionlar Liqasının 1/8 finala vəsiqə uğrunda pley-offuna qədər irəliləyib və turnirdəki 40 seyvlə "top-3"də qərarlaşıb.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər