İmişlidə tanınmadan dəfn edilmiş və qohumluq əlaqəsi müəyyənləşən şəhidin kimliyi bilinib | 1news.az | Xəbərlər
Cəmiyyət

İmişlidə tanınmadan dəfn edilmiş və qohumluq əlaqəsi müəyyənləşən şəhidin kimliyi bilinib

15:00 - 21 / 01 / 2020
İmişlidə tanınmadan dəfn edilmiş və qohumluq əlaqəsi müəyyənləşən şəhidin kimliyi bilinib

İmişlidə tanınmadan dəfn edilmiş və qohumluq əlaqəsi müəyyənləşən şəhidin kimliyi bilinib.

APA-nın yerli bürosunun xəbərinə görə, həmin şəxs 1971-ci ildə Yevlax rayonunun Aran qəsəbəsində anadan olmuş İbrahimov Vəlyəddin Səhrab oğludur. S. İbrahimov 1994-cü ilin yanvar ayında şəhid olub və İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dən edilib.

Qeyd edək ki, 1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində işğalçı Ermənistanın silahlı birləşmələrinin hücumlarının qarşısını alarkən döyüşlərdə həlak olaraq tanınmadan İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dəfn edilmiş şəhidlərə aid meyit qalıqları Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə eksqumasiya olunub və müvafiq nümunələr götürülüb.

Meyit qalıqlarından və dəfn edilmiş şəxslərin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən götürülmüş nümunələrin eyniləşdirilməsi zamanı meyitlərdən birinin valideyn-övlad səviyyəsində qohumluq əlaqəsinin olduğu müəyyən edilib. Hərbi rituallara uyğun olaraq, həmin şəhidin nəşi ailə üzvlərinin istəyi ilə Yevlax şəhərindəki Şəhidlər xiyabanında 2020-ci il yanvarın 23-də saat 15:00-da dəfn ediləcək.

S.Xankişiyeva

 

Paylaş:
511

Son xəbərlər

Azərbaycan və Türkiyə arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıbBu gün, 11:44Hesabatlılıqdan yayınan provayderlər cərimələnibBu gün, 11:31Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcəkBu gün, 11:19Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıbBu gün, 11:08Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyubBu gün, 10:35Bayram günlərində respublika ərazisində baş verən qəzaların sayı açıqlanıbBu gün, 10:20Bakıda təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsizliyi tələbləri kobud şəkildə pozulub - FOTO - VİDEOBu gün, 10:19Ölkəmizdə Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsi keçiriləcək!Bu gün, 10:15Əlahiddə Ümumqoşun Ordunun istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib - FOTOBu gün, 10:02Mədəniyyət Nazirliyinin “Yaradıcı müzakirələr” layihəsi davam edirBu gün, 09:59TƏBİB sürücülərə müraciət etdi - “Yol ver, həyat qurtar!”Bu gün, 09:49Cəbrayılda minalar aşkarlanıbBu gün, 09:36Ədliyyə Nazirliyi Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədrini təsdiq etdiBu gün, 09:32ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi bu gün iki qəzaya səbəb olub - FOTOBu gün, 09:23AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:17Bakının bir sıra yollarında sıxlıq yaranıb - SİYAHIBu gün, 09:112024-cü ilin ilk 3 ayında paytaxtda yol qəzalarında ölənlərin sayı açıqlandıBu gün, 09:04Azərbaycanlı Mərakeş Krallığının ən yüksək zirvəsini fəth etdi - FOTO15 / 04 / 2024, 19:27Bu ilin ilk rübündə informasiya və rabitə xidmətlərinin həcmi 10 faizdən çox artıb15 / 04 / 2024, 17:48TuranBank-la Asiya İnkişaf Bankı arasında ticarət maliyyələşdirilməsi üzrə saziş imzalandı15 / 04 / 2024, 17:41
Bütün xəbərlər