1news.az

İndi artıq yay əsl balıq mövsümüdür! – Yeni mağaza köhnə stereotipləri alt-üst etdi – FOTO

3 İyul saat 18:15 ~ 2 dəqiqəlik oxu 5260
İndi artıq yay əsl balıq mövsümüdür! – Yeni mağaza köhnə stereotipləri alt-üst etdi – FOTO

Dəniz məhsulları sevənlərin nəzərinə!

Bakıda ilk dəfə olaraq yüksək kefiyyət və xidmət standartlarına cavab verən yerli balıq məhsulları mağazası Yaşıl Bazarda istifadəyə verildi. Alıcılar artıq ilin istənilən fəsilində könül rahatlığı ilə bu mağazadan balıq əldə edə bilərlər.

Azerbaijan Fish Farm vakuum bağlama və hava ilə soyutma texnologiyası hesabına balıqdan mövsümi istifadə stereotipini dəyişərək qızmar yay günlərində kefiyyətli və etibarlı məhsullarını satışa çıxarır.

İstehsalçı Azərbaycanda balıq istehsalının kefiyyət nişanına çevriləcək, alıcıların yerli balıq istehsalına güvənini qazanacaq yeni “Xəzərin sahilində” brendini təqdim edir.    

Azerbaijan Fish Farm Xəzər dənizində nadir balıqların ovuna və brakonyerliyə qarşı çıxaraq problemin həllində öz xidmətini təklif edir. İstehsalçı fermalarında ideal şəraitdə, hər növün xüsusiyyətlərinə uyğun şəkildə müxtəlif balıqlar yetişdirir. Peşəkar mütəxəssislərini ciddi nəzarəti altında saxlanılan balıqlar Xəzərin ekosisteminə zərər vermədən satışa çıxarılır.   

Azerbaijan Fish Farm-ın mağazasında siz balıq alış-verişində özünüz üçün yeni təcrübə əldə edəcəksiniz.

Bu mağazada yalnız təzə və hisəverilmiş balıqlar deyil, eyni zamanda Azərbaycanda dadmadığınız müxtəlif delikateslər də alıcılarn istifadəinə verilir. Şirkət davamlı və fasiləsiz məhsul təminatı ilə bu bazarda hər zaman seçiləcəyinə söz verir.

Mağazada həmçinin nərəkimilərin yüksək kefiyyətli qara kürüsü brendi KURA Caviarın da təqdimatı olacaq. Milli koloritli yeni brend bazarda brakonyer və ya Çindən gətirilən saxta məhsullardan fərli olaraq alıcıya sağlam seçim təqdim edir.

İstehsalı klassik ənənələrə dayanaraq, Nefçalada yerləşən fermada son texnologiyanın köməkliyi ilə ərsəyə gətirilən təbii kürü yüksək kefiyyətli olmasına baxmayaraq münasib qiymətə bazara çıxarılacaq.

Bu yayın dadını ən ləzzətli balıq və balıq məhsulları ilə çıxarın.

 

Reklam hüququnda

 

 

 

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net