İran-Ermənistan: “Kağız üzərində” əməkdaşlıq | 1news.az | Xəbərlər
Siyasət

İran-Ermənistan: “Kağız üzərində” əməkdaşlıq

15:27 - 05 / 07 / 2019
İran-Ermənistan: “Kağız üzərində” əməkdaşlıq

Yaxın günlərdə Tehranda Ermənistan-İran İqtisadi Komissiyasının növbəti iclası baş tutdu.

İclasda iştirak üçün Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan gedib. Qriqoryan İran przidenti Həsən Ruhani tərəfindən qəbul edilib. Görüş zamanı beynəlxalq və regional məsələlərlə yanaşı, ikitərəfli münasibətlərin inkişafı da müzakirə olunub.

Ruhani ilə Qriqoryanın görüşü zamanı əsas yeri münasibətlərin iqtisadi seqmenti tutdu. Belə ki, müzakirələr zamanı İran prezidenti Ermənistanla ticarət zamanı milli valyutadan istifadəni təklif edib.  

Ruhaninin sözlərinə görə, Tehran Yerevanla münasibətləri inkişaf etdirməkdə və dərinləşdirməkdə qərarlıdır:

“İran xalqının Ermənistanla hər zaman dost münasibətdə olub. İstəyirik ki, bu münasibətlər daha da inkişaf etsin və möhkəmlənsin”.

Həmçinin o, qeyd edib ki, İran həmişə qonşu dövlətlərlə,  xüsusilə də Ermənistanla dost münasibətində olub. Həmçinin Ruhanı xatırladıb ki, cari ilin iyununda İran parlamenti Avrasiya İqtisadi Birliyi ilə azad ticarət zonası haqqında razılaşmanı təsdiq edib və bu razılaşma İranla bu Birliyinin dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinə yaxşı imkanlar verir.

İranla Ermənistanın birgə planlarındna biri Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizi yaratmaq idi. Həqiqətdir ki, İranla Ermənistan arasında avtomobil yolu cəlb edilib ki, bunun vasitəsilə Gürcüstanın Batumi şəhərinə, oradan da Avropa ölkələrinə yüklər daşınır. Lakin bu yüklər əsasən kənd təsərrüfatı sahələrini əhatə etdiyi üçün bu cür “nəhəng” təşəbbüslər üçün azdır. Həmçinin maliyyənin olmaması İranın Ermənistanla birgə dəmir yolu planlarını həyata keçirməyə imkan vermir.

İran-Ermənistan münasibətlərində energetika məsələri də deklarativ xarakter daşıyır. Müəyyən müddət İran və Ermənistan Ermənistan ərazisindən Rusiyaya qaz tədarükü imkanlarını nəzərdən keçirirdi. Lakin İran qazı Emənistan istilik elektrik stansiyalarına yönəldilirdi və elektik enerjisi formasında nəql olunaraq yenidən İrana qayıdırdı. Bu cür barter sxemini, onun real imkanlarından çıxış edərək dəyişmək mümkün deyildi. Layihə təşəbbüskarlarının müvafiq ehtiyatlar üçün, eləcə də infrastruktur tikməyə pulu yoxdur.

Bu cür şübhələr İranda Avrasiya İttifaqı ilə bağlı Ermənistanın vəd etdiyi imkanlar da yaradır. Misal üçün, birgə ixrac müəssisələrindən danışdıqda Ermənistanın məhdud nəqliyyat imkanları və logistika ilə bağlı problemlər böyük xərclərə gətirib çıxaracaq. Artıq bir ildir ki, tərəflər İran-Ermənistan azad iqtisadi zonası Meğridən Avrasiya bazarına məhsularına axınını gözləyir. Lakin göründüyü kimi, konteyner karvanları gözlənitləri üstələmədi. Meğri iqtisadi zonası ilə bağlı əlamətdar hadisə sadəcə onun açılış mərasimi oldu.

Beləliklə, sanksiyalarda boğulmuş Tehran güvəndiyi tərəfdaşı yalnışdır. Və ümumiyyətlə, Ermənistana “tərəfdaş” necə demək olar?! Belə ki, Ermənistan İranla məkrli təbiətlərini ortaya qoyur – bir-birlərinin üzünə gülərək əl sıxsa da, arxadan sanksiyaların tətbiqini dəstəkləyir.

Yaxın zamanlarda Ermənistanda İran duzunun satışı qadağan edildi. Guya ki, bu duzun tərkibində kalium ferrocyanid və natriumun çatışmazlığını bəhanə gətirib. Həmçinin İran sementinin Ermənistana gətirilməsinə də qazada qoyulmuşdu.

Bu cür siyasət İran üçün ciddi problemlərə yarada bilər. Aydındır ki, Yerevan hazırda “Amerikanın sifarişini” yerinə yetirərək ABŞ-a yaranmağa çalışır. Bütün bunlar ötən il Vaşinqton nümayəndələrinin– ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Corc Kent və ABŞ-ın Milli Təhlükəsizlik üzrə müşaviri Con Boltonun regiona səfəri  zamanı rəsmi bəyanatları fonunda mümkündür.

“Regional ticarət baxımından Ermənistan qarşısında dayanan çağırışları anlayırıq. Söhbət ticarətlə məşğul olan kiçik treyderlərdən gedir. Lakin erməni şirkətlər gürcü və azərbaycanlı şirkətlər kimi müştərilərini anlamalıdır. Şirkətləri İran təşkilatları ilə ticarət münasibəltərinə daxil olmamamağa çağırırıq. Çünki sansiya altına düşə bilərlər”, - necə deyirlər Kentin bu fikirləri “qızım sənə deyirəm, gəlnim eşit” misalına uyğundur.  

Çətin ki ABŞ-ı İrana gətirilən gürcü kənd təsərrüfatı məhsulları və ya İran-Azərbaycan nəqliyyat imkanları narahat etsin. Məhz Ermənistan vasitəsilə İran ABŞ-ın neft embarqolarını qaldırmağa çalışırdı. Tehran öz planlarını gizlətmirdi – İran parlamentində İranla Ermənistan arasında azad iqtisadi zonada neft emalı zavodlarını tikintisi təklif olunurdu.  

Yuxarıda qeyd olunan İranın Ermənistanla qarşılıqlı ticarət zamanı milli valyutaya keçid təklifinə gəlincə, Tehran bunu öz iqtisadi tərəfdaşlarına “imperialist qüvvələri” hirsləndirmək məqsədi daşıyır. Lakin bu təklif Ermənistanla ticarət mübadiləsinin artımına gətirib çıxaracaqmı?

İnanmaq çətindir.

Bu cür fikirlərlə azərbaycanlı iqtisadçı, Milli Məclisin deputatı Tahir Mirkişi də çıxış edib:

“İlk olaraq qeyd edim ki, İran Ermənistan üçün Rusiyadan sonra ikinci iqtisadi tərəfdaşdır. 2018-ci ildə Ermənistanın İrana ixracı 333 milyon dollar, İrandan idxal isə 385 milyon dollar təşkil edib.

Tehranın təklifinə gəlincə, İran rialı qeyri-stabildir və regionda devalvasiyaya daha meyillidir. Buna görə də iqtisadi nöqteyi-nəzərdən milli valyuta ilə ticarət son dərəcə əlverişsizdir. Digər tərəfdən də Ermənistan bütün regional təşəbbüslərdən təcrid olunub, regionda ən balaca və maraqsız bazara sahibdir.

Buna görə də İranla Ermənistan arasında nə iqtisadi münasibətlər, nə onların birgə layihələri heç bir dəyərə sahib deyil və investisiya marağı yaratmır. Çünki müvəffəqiyyətsizliyə məhkumdurlar”.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
2470

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər