“İRS” jurnalının İsraildə ilk sayı nəşr olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

“İRS” jurnalının İsraildə ilk sayı nəşr olunub

13:44 - 04 / 12 / 2020
“İRS” jurnalının İsraildə ilk sayı nəşr olunub

Azərbaycanın tarixini, mədəniyyətini, etnoqrafiyasını xarici ölkələrdə tanıtmağı qarşısına məqsəd qoyan “İRS” jurnalı 20 ilə yaxındır ki, çap olunur və 60-dan çox ölkədə 16 müxtəlif dillərdə oxuculara təqdim edilir.

1news.az xəbər verir ki, jurnalın sayca 17-ci dildə nəşri bu yaxınlarda İsraildə baş tutub.

Bu gün Azərbaycan-İsrail münasibətləri ən yüksək səviyyədədir. Avrasiya regionunda heç bir ölkənin İsraillə Azərbaycandan daha yaxın strateji əlaqəsi olmadığı bir reallıqdır. Dostluq və etimada söykənən Azərbaycan ilə İsrail arasındakı əməkdaşlıq ənənəsi beynəlxalq tərəfdaşlıq üçün bir nümunədir. Ən çətin dövrlərdə bu ölkələr həmişə birlikdə hərəkət etmiş və bir-birinə qarşılıqlı dəstək göstərmişlər. Azərbaycanın İsraildə hələlik səfirliyi olmasa da, bu ölkədə böyük diasporu var – "İsraildə Azərbaycan Evi" və iki ölkənin sıx iqtisadi-mədəni və hərbi əməkdaşlığı yüksələn xətt üzrə davam edir.

Belə məqamda İRS kımı tanınmış jurnalının İsraildə nəşrə başlaması iki ölkənin mehriban, dostluq əlaqələrinin inkişafında yeni səhifədir. Jurnalın baş redaktoru Musa Mərcanlının giriş sözündə “İRS- מורשת” jurnalının iki ölkə arasında bir körpü yaradacağını, Azərbaycan həqiqətlərini, ortaq mədəniyyət və dəyərlərimizin bir güzgüsü olacağını qeyd etmişdir.

Jurnalın İsrail üzrə məsul redaktoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, Israilin tanınmış beynəlxalq münasibətlər üzrə eksperti, Arye Qut isə iki dost ölkə arasındakı əlaqələrinin tarixi, indiki və perespektivləri haqqında geniş təhlili analizlə çıxış etmişdir. "Azərbaycan uğurlu geosiyasi və geoiqtisadi təşəbbüslər sayəsində regionun ən güclü geosiyasi aktoruna çevrilib. Cənubi Qafqaz kimi strateji regionda heç bir siyasi, iqtisadi məsələ və nəqliyyat məsələsi Azərbaycanın iştirakı və razılığı olmadan həll edilə bilməz. Azərbaycan ilə İsrail arasında diplomatik münasibətlərin 29 illik tarixi ərzində yəhudi dövləti ilə əhalisinin əksəriyyəti müsəlmanlar olan dövlət arasında strateji münasibətlərin zəruri və həyat qabiliyyətli olması sübut edilib. Bizim dost ölkələr həqiqətən etibarlı strateji tərəfdaşlar kimi qarşılıqlı fəaliyyət göstərir, biz həmişə bir yerdə, çiyin-çiyinə olmuşuq" – Arye Qut məqalədə qeyd edir.

İsrailin tanınmış siyasi xadimi, keçmiş müdafiə və xarici işlər naziri olmuş Aviqdor Liberman “Azərbaycan İsrailin strateji tərəfdaşıdır” adlı yazısında iki dövlət arasındakı münasibətləri yüksək qiymətləndirərək özünü Azərbaycanda döğma hiss etdiyini qeyd edir. Azərbaycan Respublikasi Prezidenti İlham Əliyevlə səmimi münasıbətindən yazan müəllif Qarabağın işğaldan azad olunmasını tarixi zərurət hesab edərək bu sahədə İsrailin beynəlxalq hüquq müstəvisində atdığı addımları da vurğulayır. 

Qarabağ hadisələri ilə bağlı jurnalist David Peres və "Israildə Azərbaycan Evinin" rəhbəri Şirin Nehamiya Mihayelin məqalələri bölgədəki real durumu oxuculara müfəssəl çatdırır.

Akko şəhərinin meri, Azərbaycanın böyük dostu Şimon Lankri isə öz məqaləsində Azərbaycan səfərindən, bu diyarın adamlarından, yəhudi xaqına qarşı səmimi münasibətdən, Xocalı hadisələrindən geniş söhbət açır.

Jurnalın 1-ci sayında Rafi Harpaz, Milix Yevdayev, Yael Kfir və İris Jorletin müxtəlif mövzularda məqalələri dərc edilmişdir. Bütün bu yazıların əsas qayəsi Azərbaycan-İsrail münasibətlərinin daha da möhkəmlənməsi, hər iki xalqlarının bir-birini daha da yaxından tanıması və öyrənilməsi təşkil etmişdir. İnanırıq ki, İRS jurnalının İsraildə nəşrə başlaması da bu sahədə öz töhfəsini verəcəkdir.

1news.az

Paylaş:
505

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİB23 / 04 / 2024, 13:55
Bütün xəbərlər